Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: “O, belə ifadələr işlədib”

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev hələ də siyasi gündəmin əsas personasıdır...

Bir həftədən artıqdır Ramiz Mehdiyev barəsində ən müxtəlif adamlar ölkənin ictimai-siyasi həyatı üçün şok effekti yaradan ittihamlar səsləndirirlər. Bu ittihamlara görə Azərbaycanın ictimai-siyasi səhnəsindəki ürəkbulandıran atmosferdən tutmuş idarəetmə sistemindəki eybəcərliklərə qədər bütün neqativ təzahürlərin ideya müəllifi Ramiz Mehdiyevdir.

İş o yerə çatıb ki, AMEA prezidenti bu ittihamları cavablandırmaq məcburiyyətində qalıb. İttihamların əsassız və qərəzli olduğunu bəyan edib.

Ramiz Mehdiyevin özünümüdafiə nitqi vəziyyəti daha da gərginləşdirib. Onun əleyhdarları ittihamları daha sərtləşdirərək AMEA prezidentini Rusiyanın Azərbaycandakı 5-ci kalonunun lideri olduğunu bildiriblər. Hətta idda ediblər ki, Ramiz Mehdiyev Rusiyanın kəşfiyyat orqanlarına bağlı şəxsləri dövlət strukturlarına yerləşdirib. Bu sensasion ittiham onun Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə kadr siyasətinə nəzarət etməsilə ilə əsaslandırılır.

Eyni zamanda Ramiz Mehdiyevin əslində indiki hakimiyyətə sadiq olmadığı, vaxtilə Azərbaycan SSR-nin birinci katibi olmuş Əbdürrəhman Vəzirova yaxın şəxs olduğu iddia edilir. O Vəzirov ki, Prezident İlham Əliyev hətta onun adını Milli Ensiklopediyada gördükdə əsəbiləşmiş və professor İsmayıl Vəliyevi müşavirədən qovmuşdu: “1988-ci ilin mayında Vəzirov Azərbaycan KP MK-nın birinci katibi və MK-nın Büro üzvü seçildi”. Bu nədir? Vəzirov kimdir? Təlxək, Azərbaycanı biabır edən, Azərbaycan xalqının qanını axıdan. Siz bunu qeyd edirsiniz. 1999-cu ilə qədər işlənən əsərdə Heydər Əliyev haqqında bir kəlmə də yoxdur. Mən indi burada oturmasaydım, nə yazardın?! Buradan çıx get. Belə adam bu Redaksiya heyətində işləyə bilməz. Mən böyük səhv etmişəm. Amma düzdür, bu, mənim səhvimdir. Sizi tanımamışam. Buradan gedin”.

İddia olunur ki, Əbdürrəhman Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması təklif olunur. Həmin plenumda Ramiz Mehdiyev mən “Heydər Əliyevin adamı olmamışam”, “Mən heç zaman Heydər Əliyevin ideologiyasını dəstəkləməmişəm”, “Həmişə sizin kimi təmiz insanın Azərbaycana rəhbərlik etməyini təqdirəlayiq bilmişəm” kimi fikirlər işlədib.

Əbdürrəhman Vəzirov isə bu iddialarla bağlı Unikal.orga verdiyi açıqlamada baş verənləri müvəqqəti oyun adlandırıb. “Ramiz Mehdiyev mənim özümə bu sözləri heç vaxt deməyib. Lakin eşitdiyimə görə, o, bir müddət başqalarının yanında belə ifadələr işlədib. O, sözsüz ki, Heydər Əliyevə yaxın insan olub. Buna şübhə də yox idi”, - deyə o vurğulayıb.(yenisabah)

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar