Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin və Zeynəb Xanlarovanın ölüm xəbərlərini kim yaydırır?

Əli Həsənovun adı hallanır...

 

Son günlər sosial şəbəkələrdə ard-arda ölkənin tanınmış şəxslərinin ölüm xəbərləri yayılır, daha sonra həmin xəbərlər özləri və ya yaxınları tərəfindən təkzib olunur. Misal üçün, ötən həftə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin, bu gün isə Azərbaycanın və SSRİ xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı. Ancaq Ramiz Mehdiyevin ölüm xəbəri kimi, bu məlumat da saxta çıxdı. Əvvəlcə sosial şəbəkələrdə mənşəyi bəlli olmayan saxta profillər tərəfindən yayılan bu məlumatlar daha sonra bəzi saytlarda tirajlandı. Şübhəsiz ki, son günlər bu cür məlumatların ortaya atılması təsadüfi ola bilməz. İstisna olunmur ki, bu cür məlumatların yayılmasının arxasında uzun illər Azərbaycanda dövlətin media siyasətini həyata keçirən şəxs və ya şəxslər olmasın.

Məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin fikirlərini öyrəndik.

"Jurnalistikanın inkişafına yardım" fondunun sədri, professor Qulu Məhərrəmli deyir ki, bu cür məlumatlar iki səbəbdən yayıla bilər:

"Birincisi, kimsə sosial şəbəkədə nə isə yazır, ikincisi isə qəsdən yazılır. Xüsusilə də xalq arasında nüfuzu və çəkisi olan tanınmış adamlar barədə bu cür yalan xəbərlər yayılır. Şübhəsiz ki, bu metod kimi də, qərəz kimi də qəbul oluna bilər. Bunu kimlərsə qəsdən və yaxud da bilməyərəkdən yayır? Keçmişdə və indi mediaya ciddi təsiri olan adamlar bunu edə bilərmi? Fakt olanda, bu suallara dəqiq cavab vermək mümkündür. Ehtimal kimi də bəli, etmək mümkündür. Misal üçün, Ramiz Mehdiyevin və Zeynəb Xanlarovanın ölümü barədə yalan məlumatların düşünülmüş şəkildə yayılması versiyasını qəbul etmək olar. Burada məqsəd ayrı-ayrı tanınmış şəxslərin dövlətdən və Prezidentdən narazı salınması, "bu adamlara dövlət qayğısı yoxdur" görüntüsü yaratmaq ola bilər. Bütövlükdə bu cür yalan məlumatlarla həmin şəxs diqqəti öz üzərindən də yayındırmaq niyyəti güdür. Bütün bunları isə yalnız mediaya keçmişdə və indi ciddi təsir imkanları olan şəxslər edə bilər".

Tanınmış hüquqşünas Aslan İsmayılov isə bir neçə il əvvəl özünün də oxşar stiuasiya ilə üzləşdiyini bildirir:

"Bir neçə il əvvəl Prezidentin sabiq köməkçisi Əli Həsənovun nəzarətində olan KİV-lərdə mənim haqqımda da oxşar ölüm xəbərləri yayılmışdı. Həmin vaxtı yazırdılar ki, guya mən Türkiyədə vəfat etmişəm və sairə. Şübhə etmirəm ki, bu gün Zeynəb xanımla bağlı yayılan yalan xəbərləri də həmin xislətli şəxslər ortaya atıblar". (Demokrat.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar