Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin qohumları diplomatik xidmətdə yüksək vəzifəyə gətirilib

Ramiz Mehdiyev yaxın qohumlarını diplomatik xidmətdə yüksək vəzifələrə yerləşdirib...

Yenicag.az-a daxil olan məlumata görə, Azərbaycanın Cenevrədəki BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Vaqif Sadıqovun təqdimatı ilə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin xalası oğlu Seymur Mərdəliyev Nümayəndəlikdə müşavir vəzifəsinə təyin olunub.

Amma bu da hamısı deyil. İnformasiyaya əsasən, Vaqif Sadıqovun digər təqdimatı ilə Seymur Mərdəliyevin xanımı Mərziyyə Mərdəliyeva həmin Nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.

Haqqında danışılan bu təyinatlar Elmar Məmmədyarovun xarici işlər naziri postundan uzaqlaşdırılmasından əvvəl baş tutub. Vaqif Sadıqovun bu təqdimatları məhz Ramiz Mehdiyevin istəyi əsasında verdiyi bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin kadrı kimi tanınan və buna qədər Azərbaycanın İtaliyadakı səfiri postunu tutan Vaqif Sadıqov o dövrdə səfirliyin büdcəsi ilə bağlı maliyyə qalmaqalına səbəb olmaqla da gündəmə gəlmişdi.

Başqa məlumata görə, Vaqif Sadıqovun xanımı yaşadıqları ölkədə fəaliyyət göstərən xarici təşkilatların birində işə düzəlib. Hər halda, bunun «Diplomatik xidmət haqqında» qanuna uyğun olub-olmadığı ciddi araşdırma mövzusudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar