Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin patronajlığı altında fəaliyyət göstərən Yusif Qədimov "Sədərək"də "son akkordlarını vurur"

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırlıb. Lakin dünən “Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə məlumat yayılıb.

Bu məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstəridyini təsdiqləyən videogörüntü var. Maraqlıdır ki, “Binə” bazarının işləməsinə rəğmən onun yaxınlığında yerləşən “Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb. Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında da “Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar “Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

Sədərək bazarının sahibi Yusif Qədimovdur. PİA.az xəbər verir ki, o, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir. Mediada yazılanlanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Prezident Admnistrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevin patronajlığı altında fəaliyyət göstərib.

Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsində sektor vəzifəsində çalışıb. Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada “Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

Bəzi iddialara görə, Yusif Qədimovun patronajları zəiflədildikdən sonra o Sədərk Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib. Binə bazarından fərqli olaraq Sədərəyin fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstrəməsə də sahibkarlardan icarə haqqı tələb edilir. Görünür, Yusif Qədimov son akkordlarını vurduğunun fərqindədir. Buna görə də hər vəchlə itkilərini minimuma endirməyə çalışır.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar