Çərşənbə axşamı, 21 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ramiz Mehdiyevin kürəkəni: “Bunu özbaşıma edə bilmərəm…”

“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”..

PİA.az-ın məlumatına görə, bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.

O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:

“Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar