Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramiz Mehdiyevin gedişi ilə yeni dövr başlayır”

REAL Partiyasının icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunmasından sonra ölkədə baş verə biləcək dəyişikliklərdən danışıb...

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əslində böyük bir epoxa bağlanır: “Bir siyasi epoxa geridə qalır. Azərbaycanın müstəqilliyindən bəri həm Heydər Əliyevin dövründə, həm İlham Əliyevin dövründə çox nüfuzlu bir şəxs həm daxili siyasətdə öz vəzifə səlahiyyətlərindən deyil, şəxsi əlaqələrindən və nüfuzundan doğan qərarvermə gücünə malik biri siyasi səhnədən gedir. Ramiz Mehdiyev daxili siyasətdə həlledici qərarların verilməsində rol oynayan mühüm bir şəxsiyyət idi.

Yeni bir dövr başlayır. Amma bu, həm prezident İlham Əliyevin və indiki hakim komandanın üzərinə bir məsuliyyət də qoyur. Çünki əvvəllər ölkədə hər hansı bir problem yaşananda, dəyişikliklər zəif gedəndə və islahatlar olmayanda bunu köhnə komanda adlandırılan Ramiz Mehdiyevin və onun ətrafında olan insanların maneçiliyi ilə izah edirdilər. Həm ölkə daxilində, həm də xaricində belə bir tendensiya var idi. İndi bəzi məsələlər üzrə ciddi irəliləyişlər əldə olunmasa, məsələn, sivil toplum, media, siyasi partiyalara münasibətlə bağlı normal yeni yanaşma başlamasa, bunun məsuliyyətinin indiki yeni hakimiyyətin üzərində olduğu görünəcək. Yox, əgər doğrudan da ciddi irəliləyişlər olsa, o zaman məlum olacaq ki, illərdir deyilən məsələlərin təməlində həqiqətlər yatırmış”.

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar