Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb – Fotolar

Xızının rayon mərkəzində yerləşən uşaq bağçasını 1992-ci ildə tikdirmişdik. Nazirlər Kabinetindən bunun üçün razılıq aldıq və maliyyə köçürüldükdən sonra bağçanı tikdirdik. O zaman Baş nazir Həsən Həsənovla görüşərək işçi ştatını da həll etdik və 21 nəfəri işə götürdük. Bağçanın həyəti 20 sotdan az deyildi”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Maksim Musayev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızıda yerləşən uşaq bağçasını ələ keçirməsindən danışarkən Reyting.az-a deyib.

Xızının sabiq icra başçısı əlavə edib ki, sözügedən bağça sonradan Ramiz Mehdiyevin qızının adına özəlləşdirilib: “İndi həmin bağçanı söküblər. Bir növ xarabalığı xatırladır. Bilinmir ki, burada nə tikdirmək istəyirlər”.

M. Musayev

M. Musayevin sözlərinə görə, R. Mehdiyevin ələ keçirdiyi uşaq bağçası daima fəaliyyət göstərib: “Ramiz Mehdiyev Xızıya gələndə rayonun mərkəzində yerləşən və uşaqlara xidmət göstərən bağçanın ərazisindən xoşu gəlib. Bundan sonra həmin bağçanı Ramiz Mehdiyevin qızının adına özəlləşdiriblər. Sonradan bağça sökülüb, bilinmir ki, nə tikiləcək. Söküntü vaxtı indiki icra başçısı Xəzər Aslanov materialları aparıb özünə villa tikdirib. Görün, necə faşistsayağı addımdır. Hazırda bağça yoxdur, sökülüb və xarabalığı xatırladır”.(reyting.az)

 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar