Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev Prezidentin sərəncamına qarşı - bu qurumlar ləğv edilmədi

İndi İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə Təhsil naziri postuna təyinat alandan qısa müddət sonra rayon təhsil şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması gündəmə gəldi.

PİA.az xatırladır ki, 2014-cü il iyulun 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Lakin sərəncamın icrası təxirə salındı.

Rəsmi açıqlamalarda bunun səbəbi kimi maliyyə çatışmazlığı göstərilsə də, bu olay müxtəlif mülahizələrə yol açdı. İddia olunurdu ki, rayon təhsil şöbələrinin ləğvinə hakimiyyətdəki hansısa “güclü əl” mane olub. Sonradan bu məsələdə o zaman Prezident Administrasiyasının rəhbəri olan, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsində çalışan akdemik Ramiz Mehdiyevin adı hallandırılmağa başladı.

Akademikin adının bu olayla əlaqələndirilməsi təxminən belə izah edilirdi: Rayon təhsil şöbələri Təhsil Nazirliyinə tabe olan struktur olmasına baxmayaraq icra hakimiyyətlərinin bu quruma təsir imkanları daha güclüdür. O dərəcədə ki, rayon təhsil şöbələrinin rəhbərliyinə təyinatlar icra hakimiyyəti başçıları ilə razılışdırlmadan həyata keçirilə bilməz. İcra hakimiyyətlərinə nəzarət funksiyası isə Ramiz Mehdiyevin əlində olduğundan o dolayısı ilə təhsil sahəsinə də müdaxilə etmək imkanına malikdir.

Bu halda rayon təhsil şöbələrinin ləğvi akademikin maraqlarına uyğun gələ bilməzdi. Bu baş tutacağı təqdirdə həm təhsil sahəsinə dolayı nəzarət, həm də icra hakimiyyətləri üçün qeyri-leqal maliyyə resursu əldən çıxa bilərdi.

O zaman açıq şəkildə qeyd edilirdi ki, rayon təhsil şöbələri faktiki olaraq icra hakimiyyətləri üçün gəlir mənbəyinə çevrilib.

Bildirilirdi ki, əslində regional idarələrin yaradılması icra hakimiyyətlərinin rayon təhsil şöbələri üzərində dominantlığına son qoyulması məqsədi daşıyırdı.

Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma fakt ondan ibarətdir ki, regional idarələrin yaradılması, bununla Prezident sərəncamının olmasına baxmayaraq baş tutmadı.

Bu məsələ bir də 2019-cu ildə gündəmə gəldi. O zaman isə Təhsil naziri Ceyhun Bayramov idi. Artıq Ceyhun Bayramov da bu postu təhvil verərək Xarici İşlər naziri diplomatik sahəyə keçid alıb. Dünən isə onun yerinə gənc kadr Emin Əmrullayev təyin edilib. Güman edilir ki, regional idarələrin yaradılması yenidən gündəmə gələcək.

Nəzərə alsaq ki, islahatlar kampaniyası çərçivəsində yüksək vəzifələr təyinat alan yeni kadrların fəaliyyəti “təmizləmələr” və sturktur dəyişiklikləri ilə xarakterizə olunur, o zaman Emin Əmrullayevin də Təhsil Nazirliyində müəyyən yeniləmələr edəcəyi gözləniləndir. Bu yeniləmələrdən biri də 6 il əvvəlki sərəncamın icrasına başlanılması ola bilər.(Yenisabah.az)

pia.az


Etiket: Ramiz Mehdiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar