Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev kimlərlə şərik imiş? – “Karqo Şamil”… - Video

“Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın şəriklik münasibətlərinə malikdir. Şamil Heydərovun iş adamı kimi yüksəlməsində Prezident Adminstrasiyasının keçmiş rəhbərinin böyük rolu olub”.

PİA.az xəbər verir ki, bu barədə informasiya məlumatlı mənbələrdə daxil olub. Mənbə iddia edir ki, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksi iş adamı ilə Ramiz Mehdiyevin ortaq şərikliyi ilə tikilib. Bir qədər də dəqiqləşdirsək, kompleksin tikildiyi 27 hektar ərazinin 22 hektarı keçmiş Adminstrasiya rəhbərinin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilib: “Bu ərazi zamanında Şirin adlı iş adamından müxtəlif yollarla çox aşağı qiymətə alınıb və Mehdiyevin həyat yoldaşının adına keçirilib”-deyə, mənbə iddia edir.

İddialara görə, bu yaşayış kompleksindəki mənzillər Ramiz Mehdiyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin planına salınıb və dövlət layihəsi əsasında oraya Qarabağ Əlilləri və Şəhid ailələri köçürülüb: “Bu zaman da mənzillər real dəyərindən dəfələrlə baha qiymətə dövlət orqanına satılıb”.

İddialara görə, bu proses zamanı o zamankı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müavini arasında hədiyyəlik saat qalmaqalı da yaşanıb.

Səslənən ittihamlarla bağlı Editor.az-ın əməkdaşı iş adamı Şamil Heydərovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil “Karqo Şamil” ləqəbli iş adamı ilə Ramiz Mehdiyevin şərikliyi ilə bağlı iddiaları təkzib edib: “Tamamilə yalan və uydurmadır. Şamil Heydərov gör nə vaxtdan Şamil Heydərovdur… O, 5 min nəfərə iş yeri verir. Biz öz sahibkarımızı qorumalı, şər böhtandan uzaq tutmalıyıq”. (Editor.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar