Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev Əlövsət Quliyevə məğlub oldu - Məhkəmə qərarı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.

Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:

“Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”.

Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.

Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar