Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ramiz Mehdiyev dövlətin ayırdığı pulları "moyka"ya və digər sahələrə xərcləyir - Açıqlama

“Ramiz Mehdiyev bütün işlərini Əli Həsənovun vasitəsilə görüb. Bu baxımdan onun Ramiz Mehdiyevdən çoxdan aralanması fikri yalnışdır”

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev konkret.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, “Ramiz Mehdiyev işlərini Əli Həsənovun vasitəsilə görüb. Bu gün də görür. Ola bilər ki, faktiki aralanıblar.  Bu gün Ramiz Mehdiyevin komandasında canlanma var. Əli Həsənov xaricdə oturub buranı da idarə edə bilir. İstədiyi fikirləri də çatdırır. O cümlədən Ramiz Mehdiyev. Akademiyada olan “ziyalılar” onun müdafiəsinə qalxıblar. Adil Əliyev haqqında olan-olmazın fikirlər səsləndirirlər. Çalışırlar ki, ona qarşı çıxan insanlara hücuma keçsinlər. Bunların hamısı adların çəkdiyimiz insanların birliyi əsasında olur. Onlar bu gündə bir-biri ilə əlaqədədirlər. Hətta medianın içində onların güclü əlaqələri var”.

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənov FETÖ ilə çox güclü işlərlə məşğul idilər:

“Dövlətdə qarışıqlıq yaratmaq, ölkə başçısının əleyhinə işləmək kimi planların arxasında Ramiz Mehdiyev dayanır. O, əks hücuma keçmək istəyir. Ona görə də həmişə demişəm, nə qədər Ramiz Mehdiyev və digərləri azadlıqdadır, ölkədə sabitliyi pozmağa çalışacaqlar. Ramiz Mehdiyevin bacanağı “Pasportstol”un rəisi vəzifəsində işləyəndə bütün ermənilərin adını dəyişib, Azərbaycana yerləşdirib. Həmin ermənilər bu gün sosial şəbəkələr vasitəsilə ordumuz və dövlətimizin əleyhinə yalan, böhtan xarakterli yazılar yazırlar. Bunların arxasında Ramiz Mehdiyev dayanır. Bir ildir ki, AMEA-dadır. Amma bu günə kimi bir daşı daş üstə qoymayıb. Özünə “moyka” açdırır. Görünür, onun qohumlarına göndərdiyi pul qurtarır. Yenidən dövlətin ayırdığı pulları “moyka”ya və digər sahələrə xərcləyir. Bir ziyalını qəbul edib qayğısına qalmayıb. Bizdə olan məlumata görə, akademiya tabe olan institutun rektorlarını qəbul etməyib. Ramiz Mehdiyev və Əli Həsənov hazırda gizlin işlərlə məşğuldur”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

"Paşinyan, arvadına de, özünü güldürməsin!" - Aybəniz Haşımova

Diqqət!“WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - Foto

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Qadın xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

loading...

Ən çox oxunanalar