Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.

PİA.az-ın xəbərinə görə, R.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb: “Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

Blogger Ata Abdullayev R.Mehdiyevə, "Sizcə cənab prezidentə sadiq olmayan məmur varmı hal-hazırda?" sualı verib. R.Mehdiyev cavab olaraq bildirib ki, hazırda 5-ci kalon məsələsi ortalığa atılıb: “Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.

R.Mehdiyev qeyd edib ki, İdarə Heyətinə seçilən şəxslər arasında tanıdığı və tanımadığı şəxslər də var: “Mən Ağsaqqallar Şurasının üzvü seçildim”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar