Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı - Fotofakt

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Vətən-N Mühafizə Xidməti” MMC olub.

“Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası “Vətən-N Mühafizə Xidməti” MMC –yə 39 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC yeni yaranıb. Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.

Qeyd edək ki, Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir. “Riyad Mühafizə Xidməti” MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.

Onu da bildirək ki, mətbuatda Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi qeyd olunub. 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.

Maraqlıdır ki, AMEA-nın keçirdiyi tender müsabiqəsində Qasımov Etibar Ağahüseyn oğlu Azərbaycanda onlarla, yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən “Alov-Mühafizə” MMC, ya da 2009-cu ildən fəaliyyət göstərən “Riyad Mühafizə Xidməti” MMC ilə deyil, yeni yaranan “Vətən-N Mühafizə Xidməti” MMC ilə iştirak edib.

Xatırladaq ki, bir qədər əvvəl AMEA Mərkəzi Elmi Kitabxanasının adı mətbuatda direktor müavini Elnur Eltürkün tutduğu vəzifədən uzaqlaşması ilə gündəmə gəlib. Bildirilir ki, Elnur Eltürkün işdən çıxmasına ötən ilin oktyabr ayından AMEA prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevlə Milli Məclisin vitse-spikeri Adil Əliyev arasında yaşanan gərginlik səbəb olub. Belə ki, Elnur Eltürk Adil Əliyeva yaxınlığı ilə bilinən şəxsdir. Bir qədər əvvəl isə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova da vəzifəsindəb azad olunmuşdu. Leyla İmanova AMEA İqtisadiyyat İnstitutunun direktoru olan, həmçinin vaxtı ilə Azərbaycan Milli İstiqlal Partiyasını Milli Məclisdə təmsil edən sabiq millət vəkili Nazim İmanovun həyat yoldaşı və eyni zamanda da akademik Bəkir Nəbiyevin qızdır.

Məlumat üçün onu da qeyd edək ki, AMEA-nın İşlər İdarəsi mühafizə xidmətinin satın alınması məqsədilə bir həftə əvvəl kotirovka sorğusu elan edib. Kotirovka sorğusu barədə elanı “Xalq qəzeti”nin rəsmi veb-səhifəsinə 18.09.2020-ci il tarixində saat 00:18-də yerləşdirilib. Tender elanında kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlərin imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etmələri qeyd olunub. Bildirilib ki, göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Maraqlıdır ki, 17.09.2020-ci il saat 12.00-da başa çatan müsabiqə elanı 18.09.2020-ci il saat 00:18-də açıqlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar