Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ramiz Mehdiyev AMEA-dakı yoxlamalardan danışdı: "Baş verən nöqsanlar..."

AMEA prezidentdi Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun institutlarında keçirilən yoxlamalara münasibət bildirib.

PİA.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxış edən R. Mehdiyev institutlarda baş verən nöqsanların yolverilməz olduğunu, elmi-tədqiqat müəssisələrində tətbiqi və fundamental tədqiqatlara, həmçinin idarəçilik məsələlərinə ciddi diqqət yetirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Akademiyanın fəaliyyətinin bütün istiqamətlərdə dövlətin qarşıya qoyduğu vəzifələrin həllinə yönəldilməsinin və Azərbaycan elminin dünya elminə, o cümlədən elmi qurumların bir-birlərinə inteqrasiyasında fəal iştirakının təmin edilməsinin, hazırda Akademiyada yaradılan münbit mühitdən elmin inkişafı üçün istifadəsinin vacibliyini diqqətə çatdırıb.

Elmi nəticələr və onların tətbiqi, eləcə də fundamental elmlə tətbiqi elmin qarşılıqlı əlaqəsinin zəruriliyindən söz açan Ramiz Mehdiyev elmi müəssisələrin yeni təyin olunmuş rəhbərlərinə öz elmi potensiallarından istifadə edərək rəhbərlik etdikləri institutları aparıcı elm müəssisələrinə çevirəcəklərinə və Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində qarşıya qoyulan hədəflərə doğru uğurla irəliləyəcəklərinə əminliyini ifadə edib. 

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Ən çox oxunanalar