Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Quluzadə İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, nazir ölkədə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Ramin Quluzadə 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycanİran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir Seyid Abbas Musəvi də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Nazir, həmçinin səfirə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar