Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov yeni binaların açılışını edib

Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü - mayın 10-da Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin və Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binalarının açılışları olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

General-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.

Bu ali diqqət və qayğı nəticəsində hər il yeni obyektlərin tikilərək istismara verildiyini xatırladan nazir elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin xidməti fəaliyyətdə tətbiqinə böyük önəm verildiyini nəzərə çatdırıb, bütün bunların isə şəxsi heyətin öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırdığını qeyd edib.

O, əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən yüksək diqqətə əməli işlə cavab verəcək, asayişin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.(ONA)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar