Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Tağının ailəsindən Prezidentə müraciət: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Qətlə yetirilən yazıçı Rafiq Tağının ailəsi Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib.

PİA.az xəbər verir ki, mərhum yazıçının ailəsi müraciətdə Rafiq Tağının qətlinin sifarişçilərinin və icraçılarının hələ də tapılmamasını qeyd edərək, cinayət işinə yenidən baxmağı tələb ediblər.

Müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident İlham Əliyev!

Cənab Baş Prokuror Kamran Əliyev!

Yazıçı Rafiq Tağının qətlinin 9-cu ili yaxınlaşır. Onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək nəinki tapılmamışdır, hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməmişdir. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləmişdir.

Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik.

Yeni Baş Prokuror cənab K.Əliyevin bu işdə əzm göstərəcəyinə ailə adından ümidlər bəsləyirik.

Köhnə tərkibli istintaq qrupu tam fəaliyyətsizlik sərgiləmiş, istintaq hərəkətsizliyi etmişdir. Hətta, zəng edib soruşmasaq, münasibətlərindən bu ağır qətl hadisəsini unudubmuşlar kimi təəssürat yaranır.

Yazıçı Rafiq Tağının ailəsi olaraq, hesab edirik, bu cinayət işinə yenidən baxılmalıdır və bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir. Bu işdə Rafiq Tağının ailəsi adından Sizlərə yardımçı olmağa hazır olduğumu bildirmək istərdim.

Sizi də maraqlı tərəf hesab edərək, bu cinayət işinə yenidən baxmağa səsləyirik.

Yazıçı Rafiq Tağının ailəsi adından – İlqar Tağı”. (AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar