Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafiq Əliyev: "Koronavirus Çində ABŞ-la birgə yaradılan laboratoriyadan çıxan virusdur" - Video

“Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəyəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da”.

Bu sözləri dünya şöhrətli alim Rafiq Əliyev Yeniavaz.com-a müsahibəsi zamanı koronavirusla bağlı sualı cavablandırarkən deyib. R. Əliyev daha əvvəl də bəyan etdiyi kimi, COVID-19 virusunun Çində bir laboratoriyadan yayıldığını deyib:

“Bu günə kimi bu məsələ mübahisəlidir ki, virus hardan çıxıb. Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu Çində laboratoriyadan çıxan bir virusdur. Bu qəsdən olan bir şey deyil, bu bioloji silah deyil. Bu laboratoriyada təhlükəsizliyin pozulmasıdır. Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. O vaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər. Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Bir neçə il gedəcək”.

R. Əliyev həmçinin, koronavirus əleyhinə vaksin vurdurmadığını da bildirib: “Vaksinin zərəri yoxdur. Başa düşmək lazımdır ki, 100 faizlik vaksin yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar