Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rafael Cəbrayılovun əməli dələduzluq kimi rəsmiləşdirilə bilər”

Aydınlar Partiyasının sədri mövzu ətrafında danışıb...

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli mövcud ictimai-siyasi vəziyyət və gündəmin əsas müzakirə mövzusu olan məsələlərlə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb:
- Qulamhüseyn bəy, Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyəti necə qiymətləndirisiniz?

- Hələ ki, ürəkaçan bir prosesin getdiyini görmürəm. Doğrudur, il nisbətən yaxşı başladı. Əmək haqlarının artırılması, müəyyən kadr dəyişikliklərinin baş verməsi ümid yaratdı ki, nəhayət ciddi islahatlar həyata keçiriləcək. Yaxud ən pis halda narazılığı nisbətən azaldan addımlar atılacaq. Lakin sonrakı proses göstərdi ki, hakimiyyətin kadrları əvvəlki kimi işləməyə üstünlük verir. Beləliklə də islahat prosesini baş tutmamış hesab etmək olar. Ona görə də cəmiyyətdə ciddi etiraz hissi var. Bu etiraz hissi də bir çox hallarda kütləvi aksiyalar vasitəsilə reallaşırdı. Uzun müddət kütləvi aksiyalara icazə verilmədi.

- Amma bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verdi...

- Bunu razılıq hesab etmək olmaz. Bakı Şəhər İcra Hakimiyyətin cavabını mitinqə icazə verilməməsi kimi qiymətləndirilə bilər.

- Bəzi siyasi şərhçilər islahatların axsamasını hakimiyyətdəki mühafizəkar qrupun aktivinə yazır. Sizcə, doğrudanmı hakimiyyət daxilində islahat tərəfdarları və buna qarşı çıxanlar var?

- Bilirsiniz, bürokratiya, məmur təbəqəsi deyilən bir anlayış var. Onlar istər-istəməz həmişə yeniliyə qarşı çıxırlar. Hiss olunur ki, bütövlükdə Azərbaycanın bürokratik aparatı ciddi dəyişikliklər arzulamır. Amma hakimiyyətin yuxarı eşelonunda narazılığın və ya ikitirəliyin olması mümkündür və ola bilsin ki, bu, islahatlar prosesini ləngidən amillərdən biridir.

- Qarşıdan parlament seçkiləri gəlir. Seçkilərlə bağlı müxalifət düşərgəsində iki yanaşma var: İstənilən halda seçkidə iştirak və mövcud şərtlər dəyişməyəcəyi halda boykot. Sizin bu məsələdə mövqeyiniz necədir?

- Hesab edirəm ki, seçkilər siyasi fəaliyyətin bir formasıdır. Ona görə də seçkilərdə iştirak etmək lazımdır. Amma digər tərəfdən boykot tərəfdarlarının irəli sürdüyü bəzi arqumentləri də doğru hesab edirəm. Seçkiqabağı şəraitin kifayət qədər demokratik olmaması, seçki komissiyalarına inamın itməsi, əvvəlki seçki təcrübələrinin davam edəcəyi və s. Yeri gəlmişkən, artıq hiss olunur ki, əvvəlki təcrübədən istifadə olunacaq. Təbii ki, boykot tərəfdarlarının bu tələbləri əsaslıdır. Lakin mən özüm bir siyasətçi kimi həmişə hesab etmişəm ki, ən məhdud qanunvericiliklə, ən məhdud şəraitdə də seçki prosesində iştirak edib ondan yararlanmaq lazımdır, hətta seçilməsən də. Məlumdur ki, seçilmiş şəxslərin mandatı tanınmır. Qısası, mən boykot tərəfdarı deyiləm.

- Deməli, Aydınlar Partiyasının 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşdığını söyləmək olar...

- Təbii ki, partiya olaraq seçkilərdə iştirak niyyətindəyik. Lakin seçki prosesi yalnız seçkiqabağı vəziyyətlə məhdudlaşmır. Seçkilərdə iştirak üçün maliyyə resursrları da olmalıdır. Bizim də parlament seçkilərində iştirakımız maliyyə imkanlarımızdan asılı olacaq. Maliyyə imkanlarımıza baxıb namizədlərimizi müəyyənləşdirəcəyik.

- Aydınlar Partiyasının passiv fəaliyyəti də maliyyə imkanlarının olmaması ilə bağlıdır?

- Əslində, biz o qədər də passiv fəaliyyət göstərmirik. Partiyanın rəhbərliyinə daxil olan şəxslər vaxtaşırı mediada siyasi və sosial-iqtisadi sahələrdə baş verənlərə münasibətlərini bildirirlər. Sadəcə siyasi ortamda ümumi durğunluq var. Digər tərəfdən artıq sosial şəbəkələr ciddi fəaliyyət platformasına çevrilib. Amma ölkədə hansısa ciddi siyasi proses baş verəcəksə, təbii ki, Aydınlar Partiyası da bu prosesdən kənarda qalmayacaq.

- Bəzi millət vəkillərinin etiraza səbəb olan əməlləri və açıqlamaları artıq parlamentin vizionunun dəyişdirilməsi məsələsini gündəmə gətirib. İndiki tərkib sizi qane edirmi?

- Parlament siyasətçilərin yeri olmalıdır. Təəssüf ki, bizim parlamentdə siyasətçilər azlıq təşkil edir. Əksəriyyəti bu kommersiya qurumlarında, dövlət strukturlarında vəzifə tutan şəxslərdir. Bu şəxslərin də prisip etibarilə parlamentdə olması o qədər də arzulonunan deyil.

Mən məsələyə sırf politoloji nöqteyi-nəzərdən yanaşıram. Çünki onlar artıq hansısa kommersiya işi məşğuldurlar, yaxud dövlətin müəyyən bir funksiyasını həyata keçirirlər. Ona görə də hesab edirəm ki, hakimiyyət öz namizədlərini müəyyənləşdirərkən kommersantlara üstünlük verməli deyil. Lakin deyəsən, bu, hakimiyyət üçün çox çətindir. Çünki hakimiyyətin kadrları xeyli azalıb. Ona görə bir kadrdan bir neçə yerdə istifadə etmək məcburiyyətində qalıblar. Amma kifayət qədər bitərəf kadrlar var, hətta onların arasında hakimiyyəti dəstəkləyənlər var. Bu, müxalifətə də aiddir. Onlar da qanunvericilik fəaliyyəti, siyasətlə məşğul olan adamlara üstünlük verməlidirlər.

- Sizcə, 2020-ci ildə yeni indikindən tamam fərqli parlament görə biləcəyik?

- Proseslər elə davam edir ki, ümidim çox azdır.

- Yeri gəlmişkən, bir həftədən artıqdır ki, millət vəkili Rafael Cəbrayılovun borc müqabilində deputat vəsiqəsini girov qoyması müzakirə mövzusudur. Maraqlıdır, Qulamhüseyn Əlibəyli borc müqabilində deputat vəsiqəsini girov qoyardımı?

- Heç bir halda. Bu etik baxımdan doğru deyil. Deputat vəsiqəsini girov qoymaq parlamentə və deputat statusuna hörmətsizlikdir.

- Rafael Cəbrayılovdan şikayət edənlər bildirir ki, ona pulu mənzil almaq üçün veriblər. Lakin nə mənzil, nə də pulu ala biliblər. Artıq belə iddialar səsləndirlir ki, Rafael Cəbrayılov buna görə həbs edilə bilər. Millət vəkilinin bu əməli cinayət məsuliyyəti yaradırmı? İstərdik bu suala bir hüquqşünas kimi cavab verəsiniz.

- Belə əməllər adətən dələduzluq kimi rəsmiləşdirlir. Çünki burada etibardan sui-istifadə edərək vətəndaşların pullarını mənimsəmə faktı var. Doğrudur, bu barədə mətbuatda yazılıb. Mən dəqiq bilmirəm ki, pul aldığı şəxslərlə müqavilə imzalayıb ya yox.

- Müqavilə var. Hətta Rafael Cəbrayılovun borcu qaytarması ilə bağlı məhkəmə qərarı da var.

- Deməli, işə mülki qaydada baxılıb. Məhkəmə bu əməli dələduzluq kimi qiymətləndirməyib. Amma mümkündür ki, məhkəmə qərarını icra etmədiyi üçün onun barəsində tədbir görülsün. Digər tərəfdən o da ola bilər ki, məsələ yenidən araşdırıla, onun qəsdən pulu qaytarmadığı sübut oluna və o zaman onun əməli dələduzluq kimi rəsmiləşdirilə bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar