Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılov prokurorluğa çağrılıb

Rafael Cəbrayılov prokurorluğa çağrılıb – “Üçüncü günü borcunu qaytaracağına söz vermişdi, amma…”

 

Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb. Yenisabah.az-a daxil olan məlumata görə, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, Rafael Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyyə edilib.

Rafael Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva isə keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib. “Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”, -deyə Təranə Fətəliyeva bildirib.

O, digər borcluların da hələ pullarını geri almadığını deyib. Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.

Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənləri təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub. Bununla o, toxunulmazlıq hüququnu da itirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar