Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rac Kapuru Moskvanın küçəsində oynadan məşhur azərbaycanlı kimdir

Böyük saz ifaçısı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun həyatından maraqlı faktlar

Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonraayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyirmiş

“Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:
- Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...
Bu gülməli deyil. Gülməli odur ki, Ədalət də israrla onları inandırmağa çalışır:
- Bir olan Allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.


Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun olsa, onun pulunu versin, qalanını bir uşaqdan geri göndərisn. Beləliklə, Qazağın mərkəzi küçəsi... Aşıq Ədalət əlində bir vedrə şəp-şəp...

Baxanlar həm ustadın sadəliyinə heyran qalır, həm də gülməkdən uğunub gedirlər...


Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:

- Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim...

Ədalət sazı balaca kökləyib “Avara” filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır...

Rəmişə toyda “Kərəmi” sifariş verirlər. Azca çalan kimi orta yaşlı, baz-burutlu bir kişi onu saxlayır, iki “şirvan” atıb deyir:

- “Kərəmi” çal!

Rəmiş özünü bir az da cəmləyib mahnıya girişəndə, həmin adam onu yenə saxlayır və bu dəfə beş “şirvan” atıb deyir:

- “Kərəmi” çal!

Rəmiş üçüncü dəfə lap dərindən girişir mahnıya, bu dəfə iki əlliminlik gəlir və eyni söz:

- “Kərəmi” çal!

Rəmiş dözmür:

- Qardaş, mən nə çalıram bəs?

Bazburutlu adam:

- Sən “Kərəmi” çala bilmirsən!

Rəmiş küsür, nə qədər illah eləsələr də toyu atıb gedir. Musiqiçi dostlarını da gözləmir. Çıxır küçədə başlayır hirslə gəzişməyə. Birdən ağlına nə verirsə taksi tutub Ədalət qalan evə gəlir. Əhvalatı danışıb ustaddan “Kərəmi” havası çalmağı xahiş edir. Ədalət onun sözünü yerə salmır. “Kərəmi”ni çalıb bitirəndən sonra Rəmiş onun əllərini sıxır və deyir:

- Düz deyirmiş...

Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. İndiki axsaqlığı ordan qalmadır. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:

- Gül kimicə ölüb canımı qurtarırdım bulardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

Qazaxda cavanlar Aşıq Ədalətin dalınca gedirlər. Ustadın saqqızını necə oğurlayırlarsa, heç evə dönmür, ayağında çəhrayı qadın şəp-şəpi minir bunların maşınına, gəlir evlərinə. Həyətdə düşəndə evin yaşlı qadını o boyda ustadın ayağındakı şəp-şəpə baxıb təəccüb edir. Bunu hiss edən Ədalət deyir:

- Bajı, Həzrət Abbas haqqı mən belə avara adam-zad döyüləm. Yaxşı sənətkaram, yaxşı saz çalıram... Gördüm cavanlar çox həvəslidilər, day evə dönmədim, elə beləjə gəldim, siz narahat olmayın!

Aşıq Ədalət həm də söyüşcüllüyü ilə məşhur olub. Ancaq tanıyanlar onun söyüşlərindən heç vaxt incimirdilər. Necə deyərlər, onun məclislərdə ən yüksək vəzifəli və nüfuzlu adamları da söymək icazəsi vardı.

Sovet vaxtı vəzifəli və varlı bir kişi toyda Ədalətə 50 manat verir ki, filan havanı çal. Ədalət pulu alıb məclisdə gərdiş edir, ən çox da sadə, kasıb adamların qarşısında dayanıb ifa edir. Bu vaxt həmin varlı adam qeyzlənir:

- A kişi, pulu verən mən, sən gedib uşaq-muşağın qarşısında çalırsan!

Ədalət sazın uzundan tutub çomaq kimi göyə qaldırır və deyir:

- Allahıma-kitabıma, sazı təpənə çırpıb cilik-cilik eləyərəm! Sənin o əlliliklərin bu camaatın ruzisidir. Ona görə də onların hüzurunda çalıram!

Öz vəsiyyəti ilə Ədalətə dünya şöhrəti gətirən “Qara saz”ının üzünü məzarda onun sinəsinə qoyublar. (kulis.az)

pia.az


Etiket: Aşıq Ədalət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar