Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quska”nın pul verdiyi deyilən gəncin atası: “Bəzi saytlara təklif edilib ki...”

"Quska haqqında nə yazılmağı məni maraqlandırmır. Onun idmançı-qoçu dəstəsinin keçmiş dönəmlərdə müxaliflərə nə divan tutduğunu heç vaxt unutmaram


Həmin qoçu dəstəsi oğlum Tural Sadıqlını da İsa Qəmbərin "Sevinc" kinoteatrında görüşü keçirilərkən tökülüb o dərəcədə döymüşdülər ki, 1 saylı klinik xəstəxanada 26 gün stasionar müalicədən sonra ayağa dura bildi..."

Bunu sabiq deputat, hazırda xaricdə yaşayan Hüseyn Abdullayevin ("Quska") bir sıra mühacirlərə pul verməsi xəbərini şərh edərkən həmin sırada adı hallanan gənc fəal Tural Sadıqlının atası Əlövsət Əhədoğlu deyib. AFN xəbər verir ki, Ə.Əhədoğlu oğlunun "Quska"dan pul alması barədə səslənən fikirləri "əsassız ittihamlar" adlandırıb: "Bir neçə sayt rəhbəri və əməkdaşı olan dostlara hökumətin qeyri-rəsmi yaratdığı mərkəzdən təkliflər gəlib. Təklif edirlər ki, Avropada yaşayan və hökuməti ifşa edən şəxslər əleyhinə saytlarında hər bir şəkil, karikatura, məqalə yerləşdirmələri üçün 50-100 manat ödəyəcəklər. Onlarsa imtina edib, bu barədə mənə bildirdilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar