Cümə axşamı, 01 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.

Əmiraslan Rəmixanov COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunana qədər Bakı şəhərindəki restoranların birində aşpazlıq edirdi. Əzizə xala isə Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir.

Pandemiya dövründə doğma kəndinə qayıdan Əmiraslan sevdiyi peşəsindən kənar qalmayıb. Anası ilə bərabər Azərbaycan, ləzgi və dünya mətbəxinin müxtəlif təamlarını bişirərək, yeni açdığı "Kənd Həyatı" adlı "YouTube" kanalına yükləməyə başlayıb.

Paylaşılan videolar İngilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.

Qısa müddətdə 65 mindən çox abunəçi toplayan kanalın videoları sosial şəbəkələrdə dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan "Taste Life" səhifəsi qusarlı aşpazların 10-a qədər videosunu paylaşıb. Həmin videoların hər birinə 10-15 milyon izləyici baxıb. Videoya baxanlar Azərbaycanın milli mətbəxi haqqında müsbət rəylər yazıblar.

Fotolar

Əzizə Rəmixanova bildirir ki, yaşadığı kənddən kənara çıxmadan Azərbaycan və ləzgi mətbəxini dünyaya tanıtdıqlarına görə çox sevinir.

Rəmixanovlar ailəsi yemək videolarını kəndlərinin yaxınlığında yerləşən özlərinə məxsus əkin sahəsinin kənarında çəkirlər. Çəkiliş maraqlı olsun deyə dekorativ görünüşlü kiçik koma da tikilib. Əsasən tərəvəzçiliklə məşğul olan ailə həftə ərzində iki yemək videosu hazırlayır. Bişirilən yeməklərdə özlərinin becərdiyi tərəvəzlərdən istifadə olunur.

Videoların çəkilişini və montajını Əmiraslan Rəmixanov özü həyata keçirir. Rəmixanovlar hələ ki, "YouTube" kanalında paylaşdıqları videolardan gəlir əldə etməyiblər. Amma artıq bunun üçün lazım olan müraciəti müvafiq formada təqdim ediblər.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - Açıqlama

Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir

Türkiyənin Qarabağ bəyanatları Makronu "çox narahat" edir

Sumqayıtda transformatorun içində meyit tapılıb

“Yaxın günlərdə ermənilər Azərbaycan tərəfinin irəli sürdüyü bütün şərtləri qəbul edəcəklər”

Hərbi cinayətkarlar Koçaryan, Qukasyan və Saakyan Qarabağa gəliblər

Bu gün düşmən ordusuna vurulan zərbələr - İşğalçıya qan uddurulduğunu göstərən videolar

Kremldə vəziyyət gərgindir: Qarabağ məsələsi hələ bir müddət gündəmdə qala bilər...

BMT Baş katibinin ermənilərə can yandırmasının  əsl səbəbi bəlli oldu...

loading...

Ən çox oxunanalar