Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistan və Azərbaycan sahibkarları arasında işgüzar şura yaradacağıq"

“Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq”...

PİA.az xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı kəmkarı İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

“Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik.

Bu mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdim ki, bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir. Buna görə də, bildiyiniz kimi, Xəzər dənizinin statusu barədə beynəlxalq Konvensiya qəbul edilib və orada müəyyən olunub ki, gələcəkdə bütün mexanizmlər bizim xarici siyasət idarələri tərəfindən işlənib hazırlanmalıdır. Bunu əsas götürərək biz bütün Xəzəryanı ölkələrə təşəkkür edirik. Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinin Türkmənistana etibar edilməsinə görə də təşəkkür edirik. Həmin forumda Azərbaycan çox fəal iştirak edib”, - deyə o, qeyd edib.

“Tranzit-nəqliyyat dəhlizinin inkişafına gəldikdə, İlham Heydər oğlunun xatırlatdığı kimi, burada düzgün logistika mühüm rol oynayır. Biz “Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul etdik. Bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Yəni, burada biz Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayırıq. Türkmənistan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, prinsip etibarilə yüksələn xətt üzrə artır. Bu göstərici 40%-dən çox artıb və burada iqtisadi əməkdaşlıq üzrə bizim hökumətlərarası komissiya əlaqələndirici rol oynayır.

Bu gün biz özəl sektora aid məsələlərə də toxunduq. Yəni, kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq. Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşdıq. Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var”, - deyə Q. Berdiməhəmmədov əlavə edib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar