Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında

CİES Futbol Observatoriyası dünyanın 84 liqasında çıxış edən klublar və onların baş məşqçiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb... 

PİA.az pasport.az-a istinadla bildirir ki, hesabatda 2015-19-cu illərdə öz ölkəsinin yüksək liqasında çıxış edən klubların bu müddətdə neçə baş məşqçiyə güvəndiyi əksini tapıb.

Yalnız 30 komanda bu müddətdə çalışdırıcısını dəyişməyib. Rekordçular sırasında Ağdamın "Qarabağ" klubu da var. Son illərin dəyişməz Azərbaycan çempionu 2015-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək olan dövrdə yalnız Qurban Qurbanova etimad göstərib.

Eyni göstəriciyə malik digər 29 klub arasında "River Pleyt" (Argentina), "Aberdin" (Şotlandiya), avrokuboklardakı rəqiblərimizdən "Uypeşt" (Macarıstan), "Kopenhagen" (Danimarka), "Speranta" (Moldova) da var.

Digər Azərbaycan klublarına gəlincdə, hesabat dövründə Premyer Liqanın daimi iştirakçılarından "Qəbələ" və "Sumqayıt" hərəyə 4, "Keşlə" 6, "Neftçi" isə 8 baş məşqçiyə bel bağlayıb. Dünyanın antirekordçusu isə Boliviyanın "Real Potosi" klubudur. Bu komandanı 5 ildə 20 mütəxəssis çalışdırıb.

Qeyd edək ki, Azərbaycanın Premyer Liqasının orta göstərisici hər kluba 4,4 baş məşqçidir. Antirekord Boliviyada (9,1), rekord MLS, İslandiya, Şimali İrlandiya və İsveçdədir - 2,6.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar