Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Müdafiədə oynayan komandaya qarşı çıxış etdik"

"Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu. Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq. Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündə zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdəndir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".

Qurbanov klubun planlarından da danışıb: "Klub rəhbərliyi illərdir stabil büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevir, bu ad üçün "Qarabağ"ı saxlayırlar. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır".

Baş məşqçi bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: "Hər klub "Qarabağ"a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və "Neftçi"dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. "Səbail"ə qalib gəlmək istəyirdik, amma alınmadı. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar