Bazar, 18 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - Video

"Azərbaycanda və sosial şəbəkələrdə mənim əleyhimə danışan bütün səhifələri, kanalları Əli Kərimli alıb əlinə və idarə edir. Əli Kərimli həqiqi gədədir"
"AzeriFreedom" kanalının təsisçisi və rəhbəri Qurban Məmmədovla jurnalist Sevinc Osmanqızı və AXCP sədri Əli Kərimli arasında münasibətlər daha da gərginləşib.

Musavat.com xəbər verir ki, Q.Məmmədov baş tutan canlı yayın zamanı bu gərginliyin detallarını açıqlayıb, ciddi ittihamlar səsləndirib. O, ilk növbədə xatırladıb ki, rəhbərlik etdiyi kanal noyabrın 9-a qədər S.Osmanqızının şikayəti əsasında bağlanıb və onlar hazırda yeni kanaldan yayın gerçəkləşdirirlər. (bax: 2.25-17.00 dəqiqələr).

Q.Məmmədovun sözlərinə görə, daha öncə də S.Osmanqızı, Əli Kərimli və Cəmil Həsənli bir yerdə onların 40 minlik kanalını bağlatdırmışdı. O, bunun səbəblərini belə açıqlayıb: “Xatırlayırsızsa, 5-6 iyulda Əli Kərimli Sevinc Osmanqızının efirində mənim ünvanıma həyasızcasına böhtanlar təşkil etdi. Guya bunların tamaşaçısı bunlara zəng edir və haqqımda bəzi ittihamlar səsləndirir. Öncə haşiyə çıxım. Hamı bilir ki, Azəri Freedomdakı zənglər necə təşkil olunur, onlarda necə. Onlar əvvəlcədən düzüb-qoşurlar ki, guya onlara zəng gəlir. Bizdə isə gerçəkdən canlı yayına zəng gəlir. Osmanqızı canlı efirdən sonra o canlı efiri bağlayır. Youtube videonun üstündə işləyir. Lazım olanı çıxarır, montaj edir, video kimi yayınlayır. Faktiki videobloqqer kimi fəaliyyət göstərir. Nəysə, əziz həmvətənlər, Əli Kərimli Osmanqızı ilə birləşib xalqa belə bir dezinformasiya yaydılar ki, guya keçən il, iyulun 10-da Gəncə hadisələri zamanı xalqı üsyana mən çağırmışam. Guya Qabil Məmmədov o gün kiməsə demişdi ki, Qurban Məmmədov Gəncə hadisələri zamanı xalqı küçələrə səsləmiş, özü isə kolun dibindən baxırdı. Adamlar bu qədər xəstədir. Qurban Məmmədov həmin vaxt Avropada idi. Bunlarda abır-həya yoxdur. Veclərinə də deyil, insanlara yalan danışırlar. Cəmil Həsənli, Əli Kərimli belə bir şər atdılar. Dedilər ki, guya mən şəriət dövləti yaratmaq istəmişəm. Milli Şurada belə bir məsələ qaldırmışam. Guya mən hansısa klanın üzvüyəm, məni bura mafiya göndərib. Utanmırlar, xəcalət çəkmirlər. Çünki əziz xalqım, sən özlərini bu cür gədə kimi aparanlara etiraz etməmisən, hər zaman çəpik çalmısan, inanmısan, arxasınca getmisən. Ona görə də bunlar düşünüb ki, xalq qoyun kimi bunların arxasınca gələcək. Amma Azeri Freedom kanalı var deyə artıq görürlər ki, ssenariləri pozulub”.

Q.Məmmədov bildirib ki, Ə.Kərimli, S.Osmanqızı ona həyasızcasına şər atıblar: “Nə şəriət dövləti, nə zad? Qurbanın başı xarab olmayıb ki? Bunlar istəyirdilər ki, məni ingilislərin əlindən alıb, İlham Əliyev hakimiyyətinə versinlər. Amma bu ingilislər çox yaxşı bilirlər ki, nə nədir. Demək bu verilişdə Əli Kərimli deyir ki, niyə Gəncə hadisələri zamanı xalq Qurban Məmmədovun sözünə inanır, küçələrə çıxır? Və əsas məsələ də budur ki, niyə Rusiyadakı azərbaycanlılar Qurban Məmmədova pul verirlər? Hakimiyyəti bu gün qorxudan maddi dəstəkdir. Bunu hakimiyyət bilir ki, mənim əlimə pul düşsə, indiki işimi 4-5 qat artığını edəcəm. Ona görə Əli Kərimliyə 26 ildir yedizdirdiklərini indi qusdururlar. Azərbaycanda və sosial şəbəkələrdə mənim əleyhimə danışan bütün səhifələri, kanalları Əli Kərimli alıb əlinə və idarə edir. Əli Kərimli həqiqi gədədir. Onun şəxsiyyəti olsa özünü belə aparmaz. Artıq sifəti açılıb deyə mahiyyəti üzrə açılır”.

Q.Məmmədov S.Osmanqızının bu proses zamanı oynadığı rola toxunub. Deyib ki, xanım jurnalist onların 40 minlik kanalını bağlayan zaman bir veriliş hazırlayaraq, ordan da yalan danışıb: “Tofiq Yaqublunu və Cəmil Həsənlini çağırır. Ordan da deyir ki, Qurban Məmmədovu çağırmayacağıq efirə, fatehəsi verildi, kitabı bağlandı onun. Jurnalistika etikasını da pozur. Biz orda deyilənləri təkzib edəndə də şikayət verib bizim kanalımızı bağladır. Əli Kərimlidən öncə kişi kimi hesab soruşun: kişi kişinin arxasınca danışmaz. Məni ya öz efirinizə çağırıb, orda danışın. Ya da bizim efirə gəlib, burda deyin üzümə. Sualınızı verin, cavabınızı verim. Siyasətçiyə də yaraşan davranış deyil. Demokratiyadan danışır. Sənin əlində vəzifə yox, maaş yox, səlahiyyət yox, belə davranırsan. Allah eləməmiş, bir səlahiyyətin olsa necə edərsən? Bu əxlaqla Azərbaycana ağ gün vəd edirsən?”

AzeriFreedom kanalının rəhbəri veriliş zamanı Avropada yaşayan, mühacir statusunda olub, oturum almaq üçün gözləyən azərbaycanlılara da müraciət edib: “Burdan sizə müraciət edirəm: kim ki, mühacir statusunda oturum almaq üçün gözləyir, heç biriniz nə Müsavatdan, nə AXCP-dən saxta sənəd almayın. Gec və ya tez bunun üstü açılacaq. Əvvəla, siz Əli Kərimlinin əlində qula çevrilirsiz. Bunun cinayət bandası var ki, insan alveri ilə məşğuldur. Saxta vəsiqə verməklə o adamları şantaj edirlər, əsir edirlər əllərində. Mən və daha 4 nəfər Avropada oturum almış həmvətənimiz sizə oturum almaqda yardımçı olacaq. Bir dostum o gün məndən soruşurdu ki, bunlar sənə qarşı niyə belə edirlər? Mən dedim ki, mən iki mənada bunlara güzgü tutmuşam: 1. Erkək kimi, kişi kimi. Bu adamların qeyrəti, kişiliyi çatmır ki, lazımi sözü vaxtında desin. Amma mən hər yerdə öz sözümü deyəcəm. Rahat həyatım olanda da, məhbəsdə də. Bu adamın arvadı da buna dönür baxır. Görür ki, Qurban Məmmədovun dediyi kişi obrazı bunun yanındakı deyil. Bu, gədənin biridir. Özünü başqa əxlaq sahibi kimi aparır. Kişi kimi sözünü deyə bilmir. 2. Bütün dünyaya sübut etmişəm ki, 26 ildir Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı bu xalqa təlqin edir ki, hakimiyyət güclüdür, xalq qalxmır, oyanmır. Yəni, günahkar hakimiyyət yox, xalqdır. Biz Azeri Freedom olaraq sübut etdk ki, xalq ayağa qalxıb. İndi bu beynəlxalq təşkilatlar da yapışıb bunların yaxasından ki, 26 ildir sizə milyonlarla pul xərclədik, hesabat verin, niyə iş görmürsüz? Niyə onun onlayn verilişində 6 min nəfər oturur, səndə yox?”

Q.Məmmədov eyni zamanda bildirib ki, SOROS-dan ona 3 dəfə yardım təklifi ilə məktub ünvanlansa da, hər dəfə onu rədd edib: “Məktub gəlib ki, müraciət edin, sizə yardım edək. Biz də cavab verdik ki, bizim öz xalqımız var, sizin köməyə ehtiyacımız yoxdur. Düz 3 dəfə müraciət etdilər. Yəni, bu təşkilatlar durduğu yerdə bunlara yardım etmir, əziz xalqım. Ayıq olun, bunu bilin. Əli Kərimli, hakimiyyət dəyişən kimi arxivlər açılacaq. Sən kimsən, Elçibəyə nələr eləmisən, nə təbliğat aparmısan, Kələkidən Bakıya necə gəlmisən, Dəmirəlin rolu necə olub? Bunların hamısını ortaya qoyacağıq”.

Q.Məmmədov S.Osmanqızı xanım, eyni zamanda mərhum jurnalist Osman Mirzəyevin qızı olduğu üçün onun barəsində tənqid səsləndirməkdən çəkinməyəcəyini dedi: “Onun dədəsinin goru çatlayır indi. Bu övlad atasına hər gün lənət oxutdurur. 40 minlik kanal bağlatdıranda oxudu ki, guya adını demədiyi bir tələbə buna yazıb ki, “dekan buna AzeriFreedomu layk edin, Osmanqızının kanalını isə dislayk edin”. Bu, nə yalandır, bu nə tərbiyəsizlikdir? Hanı sübut? Əziz xalqım, Əli Kərimlinin hərdən iki-üç saat saxlanması, Osmanqızına Mirşahinin hücumu elementar metoddur. Sənə hücum edəndə müdafiəçilərinin də sayı artır. Bunu qəsdən edirlər ki, guya ölkədə bunların gerçəkdən də tək müxalifət, müxalif söz olduğunu aşılasınlar. Mən hətta inanmışdım ki, Əli Kərimli tək müxalifətdir. Bu adam mənim haqqımda yalan danışdığı gün məni tok vurdu. Əli Kərimlinin əxlaqsız olduğunu sübut edənə qədər onun dediklərinə inanmalıydım. Vaxtilə Əli Kərimli dedi ki, Qubad İbadoğlu, Arif Məmmədov, Nahid Cəfərov agentdir, Milli Şuraya gətirməyin, inandıq. Amma mənim haqqımda deyəndə ki, Qurban Məmmədov şəriət dövləti yaratmaq istəyir, Vasif Talıbovun adamıdır və sair. Onda başa düşdüm ki, bunun gerçək siması nədir. Bu adam hakimiyyətin projesidir. Həm də ən bahalı projesidir. Biz onun maskasını cırdıq. İndi də bunu yenidən diriltmək üçün bu oyunu qurublar”.

pia.az

Etiket:

loading...