Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”yə qarşı “sxodka” planlaşdırılır – Kriminal aləm qan çanağına dönə bilər

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu (“Quli”) kriminal dünyanın ali statusundan məhrum etmək üçün “sxodka” planlaşdırılır...

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, Səlifovun rəqibləri artıq bunun üçün səbəb də tapıblar. Onların iddiasına görə, “Quli” Qazaxıstanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Səlifova qarşı bu ittiham onun yaxın adamı olan qazax əsilli Arman Cumagəldiyevin Qazaxıstanın xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsi olması barədə məlumatlardan qaynaqlanır.

Digər tərəfdən Arman Cumagəldiyev (“Dikiy Arman”) gürcü “qanuni oğru” Quram Çıxladzeyə (“Kvejoeviç”) əl qaldırıb. Hadisə Çixladze ilə Səlifovun görüşü zamanı baş verib. Cumagəldiyev Çixladzenin statusundan xəbərsiz olduğunu desə də, gürcü “qanuni oğru”lar Badri Koquaşvili (“Badri Kutaisi”) və Emzar Caparidze (“Kvatiya”) “Quli”ni ali statusundan məhrum etmək üçün “sxodka” tələb ediblər. Bu məsələdə onlara nüfuzlu “qanuni oğru” Zaxari Kalaşovun (“Şakro Molodoy”) da dəstək verdiyi bildirilir.

Lakin “sxodka” Koquaşvili və Caparidzenin əleyhinə çevrilib. Cumagəldiyev “sxodka”da etdiyi hərəkətlə bağlı izahat verib və “qanuni oğru”ların böyük əksəriyyəti onun əməlində qəbahət görməyiblər. Digər tərəfdən məlum olub ki, “Quli”ni mühakimə edən “qanuni oğru”ların başqa kriminal avtoritetlərlə konflikti var. Bu, onların statuslarının şübhə altına alınmasını şərtləndirib. Beləliklə, Səlifov bu “sxodka”dan qalib ayrılıb.

Bunun üstündən bir neçə gün keçdikdən sonra Rusiya KİV-lərində Arman Cumagəldiyevin Qazaxıstanın xüsusi xidmət orqanları ilə əlaqədə olduğu barədə məlumat yayılıb. Bu məlumat Nadir Səlifov barədə də şübhələrə səbəb olub. Müşahidələr göstərir ki, “Quli”ni “vurmaq” üçün ciddi iş aparılır. Demək olar ki, hər gün Rusiya mediasında onun barəsində müxtəlif məlumatlar yayılır. Ekspertlər Səlifovun statusunun əlindən alınacağına dair müxtəlif mülahizələr irəli sürürlər. “Sxodka”ya qədər Səlifovun reputasiyasını zədələmək, onu hövsələdən çıxarmaq və yanlışlara yol verməyə sövq etmək üçün ən müxtəlif üsullardan istifadə olunur. Hətta “Quli”nin könüllü şəkildə titulundan imtina edəcəyi barədə iddialar səsləndirilir.

Lakin Səlifov çox sakit görünür və hiss olunur ki, o nə öz titulundan vaz keçmək, nə də Cumagəldiyevi qurban vermək niyyətindədir. Əksinə, o, bu günlərdə “İnstagram” səhifəsində Cumagəldiyevlə birgə fotosunu paylaşıb:

“Lotu Quli və Arman Dikiy doğum gününü qeyd edir”

Qulinin doğum günü avqustun 28-dir. Ehtimal olunur ki, bu onun doğum günü vaxtı çəkilən fotodur. Lakin fotonun Arman Cumagəldiyevin doğum günündə çəkildiyi barədə də ehtimallar var. Bu xırda detaldır. Mühüm olanı budur ki, “Quli” Cumagəldiyevlə qardaşlığına sadiq olduğunu hər addımda nümayiş etdirir. Bu halda “Quli”yə qarşı planlaşdırılan “sxodka”nın gərginliklə keçəcəyi, hətta bundan sonra kriminal aləmdə qanlı toqquşmaların olacağı gözlənilir.

pia.az


Etiket: Lotu Quli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar