Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”yə qarşı “Avropa koalisiyasi” planı – Rəqiblərin yeni fəndi

Onu sıradan çıxarmaq üçün yeni cəhdlər...

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) titulunu əlindən almaq üçün rəqiblərinin cəhdləri davam edir.

Yenisabah.az xəbər verir ki, gürcü “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Avropadakı “qanuni oğru”ların “Quli”yə qarşı birləşməsi üçün səylər göstərir. Onun artıq Çexiya və Yunanıstanda görüşlər keçirdiyi bildirilir. Lakin Avropadakı “qanuni oğru”ların Badri Koquaşvilinin təklifinə hansı cavabı verdikləri bəlli deyil.

Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı münaqişənin kökü başqa bir gürcü “qanuni oğru” Quram Çixladzenin (“Kvejeyoviç”) vurulması dayanır. Quram Çixladze məhz Nadir Səlifovla görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. O, sonradan deyib ki, Quram Çixladzenin “qanuni oğru” olduğunu bilməyib. Nadir Səlifov da tərəfdarının cəzalandırılmasına mane olub. Bundan sonra Badri Koquaşvili Nadir Səlifovun titulunun alınması barədə məsələ qaldırıb. Lakin istəyinə nail ola bilməyib. Əksinə, Badri Koquaşvili özünün titulu şübhə altına alınıb.

Rusiya mətbuatı yazır ki, əslində baş verənlərin arxasında Zaxari Kalaşov (“Şakro Molodoy”) dayanır. O, “oğru dünyası”nda “Quli”nin getdikcə daha çox nüfuz qazanmasını özünə təhlükə sayır. Bu baxımdan Nadir Səlifovun ən yaxşı halda statusunu əlindən almaq, ən pis halda bu tip konfliktlərlə onu məşğul etmək və təsir imkanlarını zəiflətməyi düşünür.

Lakin müşahidələr göstərir ki, Nadir Səlifov baş verənlərdən narahat deyil. Əksinə, bu məslə ilə bağlı “sxodka”da sözünü deməyə hazırdır. Kifayət qədər nüfuz sahibi olan xeyli sayda “qanuni oğru” da “Quli”ni dəstəkləyir. Badri Koquaşvili “Şakro Molodoy”un dəstəyinə baxmayaraq “Quli”yə qarşı geniş koalisiya yaratmaq istəsə də, “oğru”ların bir çoxu ümumiyyətlə, bu münaqişədən kənarda qalmağı üstün tutur. Onun Avropadakı görüşlərinin nəticəsi isə güman ki, yaxın vaxtlarda bəlli olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar