Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quli”nin sirdaşı niyə qətlə yetirilib?

“Əmircanlı Elşən”in öldürülməsi ilə bağlı “iş”də yenilik

Kriminal avtoritet Elşən Məmmədovun (“Əmircanlı Elşən”) qətli ilə bağlı araşdırmalar beynəlxalq hüquqi kazusla nəticələnib.

2017-ci il sentyabrın 11-də Tiflisdə öldürülən Elşən Məmmədovun qətlində iki rusiyalı ittiham edilirdi. Gürcüstan məhkəməsi onlar barəsində qiyabi hökm çıxarmağa hazırlaşırdı. Lakin bu ərəfədə Rusiyanın İstintaq Komitəsi həmin şəxsləri həbs edərək paralel araşdırmalara başlayıb. Rusiyada məhkəmə qarşısına çıxarılacaq adları açıqlanmayan bu şəxslər ya bəraət alacaq, ya da məhkum ediləcək.

Elşən Məmmədov azərbaycanlı qanuni oğru Nadir Səlifovun ən etibarlı adamlarından olub. Onun əsasən qisas əməliyyatlarına cavabdeh olduğu iddia edilir.

“Qanuni oğru” Rafiq Eyvazovun (“Masallı Rafiq”) cəzalandırılması da onun aktivinə yazılır. Bundan başqa, Elşən Məmmədovun adı mərhum “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qətlində də hallandırılırdı. Yerli mətbuatın yazdığına görə, Elşən Məmmədov özü də bir neçə məclisdə “Rövşəni mən güllələmişəm” deyərək “qanuni oğru”nun qətlində əsas iştirakçı olduğunu bəyan edirmiş.

Gürcüstan hüquq-mühafizə orqanları Elşən Məmmədovun qətli ilə bağlı iki versiya üzərində işləyirdi. Versiyalardan biri bu idi ki, Elşən Məmmədov Azərbaycanın iki güclü kriminal qruplaşması (“Lənkəranski”-“Quli”) arasında Rusiyadakı meyvə-tərəvəz bazası uğrunda savaşın qurbanı olub.

İkinci versiyaya görə isə Elşən Məmmədov Nadir Səlifovla biznesmen Zaur Əhmədov arasındakı konfliktə görə öldürülüb. Zaur Əhmədov həm də Rövşən Lənkəranskinin əmisi oğludur. Bu hadisədə əsas fiqurantlar arasında Rövşən Canıyevin qardaşın Namiq Caniyev və onun İsgəndər adlı köməkçisinin adı hallandırılırdı.

Elşən Məmmədovu qətlə yetirənlər Rusiyada həbs edilsə də, bu ölkə onların Gürcüstana ekstradisiyasından imtina edib. 2018-ci ildə isə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq idarəsi Gürcüstandan bu məsələdə beynəlxalq hüquqi yardım istəyib. Lakin həmin vaxt artıq Gürcüstanda istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Tiflis Şəhər Məhkəməsinə göndərilib.

2019-cu ilin avqustunda isə Rusiyada istintaq yekunlaşıb. Təqsirləndirilən şəxslər və onların vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar. Bu mərhələdə yeni qalmaqal ortaya çıxıb. Təqsirləndirilən şəxslərin vəkilləri Rusiyanın Baş Prokurorluğuna müraciət ünvanlayaraq istintaqı səriştəsizlikdə ittiham ediblər.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar