Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quldur hücumları törədən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı

Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin 8 zabiti barələrində cinayət işinin qaldırıldığını eşidərək ezamiyyətdə olduqları Şimali Qafqazdan geri qayıtmayıblar.

Moskvada həmkarlarının quldur basqınları işi üzrə həbs olunduğunu eşidən zabitlər Şimali Qafqazda gizləniblər.

Həmin zabitlərin adı Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında Çin vətəndaşlarına quldur hücumlarında keçir. İş üzrə cəmi 15 “Alfa” döyüşçüsü barəsində ittiham irəli sürülüb. Onlardan 5-i Moskvada həbs olunub, ikisi ev dustaqlığına göndərilib. Qalanları isə axtarışa verilib. Axtarışa verilənlər həmin vaxt antiterror əməliyyatları ilə bağlı Şimali Qafqaza ezam edilmişdilər.

Cinayət işinin materiallarına əsasən Çin vətəndaşları “Sadovod” bazarında satdıqları malların pulunu nəğdləşdirərkən FTX xüsusi təyinatlılarının hücumuna məruz qalıblar. Son iki ildə “Alfa” döyüşçüləri “Sadovod”da azı iki belə hücum həyata keçirib, 140 milyon rubl götürüblər. Onlar pulları daşıyan maşınların qarşısını nömrə nişanları olmayan avtomobillərlə kəsiblər, avtomobillərdən düşüblər və “FTX işləyir” qışqıraraq pulları götürüblər.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar