Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qüds Gücü” Komandanı Kaani: “Mehdi üçün dünya dövləti qurana qədər yolumuz davam edəcək...”

Hicazinin ölümü ilə bağlı verilən ziddiyyətli açıqlamalar İnqilab Keşikçilərinin bəyanatı üzərində şübhələr yaradıb...

London-Tehran / “Şarkul Avsat” qəzeti, 21 aprel 2021

İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar bölməsi olan “Qüds Gücü” Komandanı İsmayıl Kaani ABŞ və müttəfiqi İsrailin hər gün müqavimət cəbhələrinin (İnqilab Keşikçilərinə ideoloji sədaqət göstərən və müxtəlif millətlərdən ibarət milislər) təməl addımları ilə üz-üzə qalacağını bildirib.

Kaani İranın mərkəzindəki bir şəhər olan İsfahanda vəkili Məhəmməd Hicazinin cənazəsində iştirak edib. Buradakı çıxışında 2020-ci ilin əvvəlində ABŞ-ın hava hücumu ilə öldürülən sələfi Qasım Süleymaninin yolunu davam etdirəcəyini vəd edən Kaani Qüds Gücünün bölgədəki fəaliyyətlərinə toxunub və gözlənilən Mehdi üçün dünya dövləti qurulana qədər dayanmayacaqlarını ifadə edib.

Süleymanidən sonra Hicazinin İnqilab Keşikçiləri fəaliyyətinin genişlənməsində mühüm rol oynamasına da işarə edən Kaani: “Hicazi öz yolunu gedən əsl yürüşçülərdən biri idi. Yaxşı iş gördü və bunu başqalarına da öyrətdi”, deyə qeyd edib. İranın vəkil qüvvələrinin Livan, Suriya, İraq və Yəməndəki fəaliyyətlərinə də toxunan Kaani: “İnqilabın düşmənləri olan Amerikaya və sionist rejimə qarşı hər gün əsaslı bir addımlar atacağıq və bu yolda da davam edəcəyik. Gözlənilən Mehdi üçün də bir dünya dövləti qurulana qədər dayanmayacağıq”.

Kaaninin açıqlaması ABŞ-ın 2015-ci ildə imzalanan nüvə anlaşmasını yenidən canlandırmağa çalışdığı bir vaxtda ortaya çıxıb. ABŞ müttəfiq Avropa ölkələrinin və bölgədəki ölkələrin tələbi ilə İranın bölgədəki vəkil qüvvələrinə qısa və orta mənzilli ballistik raketlər verməkdə israr etdiyi bu mühitdə İranın raket proqramına nəzarəti ələ almağa və İnqilab Keşikçilərinin müdaxiləsini və milis dəstəyini nəzərə almağa çalışır. Bunu təmin etmək üçün də daha əhatəli bir razılaşma əldə etməyi hədəfləyir. İranın tanınmış diplomatları və səlahiyyətliləri son illərdə Tehranın bölgədəki fəaliyyətinə dair beynəlxalq tənqidlərə qarşı İranın “dost ölkələrin istəyi ilə” bölgə ölkələrində olduğunu iddia ediblər.

İnqilab Keşikçiləri ilk açıqlamasında Qüds Qüvvələri Komandirinin müavini Məhəmməd Hicazinin ürək tutmasından öldüyünü açıqlanıb. Lakin daha sonra Hicazinin infarktını keçmişdə aldığı kimyəvi yaranın simptomları ilə əlaqələndirərək bu açıqlamadan geri çəkiliblər. İnqilab Keşikçilərinin açıqlamalarından əvvəl İran parlamenti sədrinin müavini də daxil olmaqla, İran rəsmiləri Hicazi üçün “şəhid” ifadəsini işlədiblər. Bu cür səciyyələndirmə Hicazinin bir İran sərhədyanı əməliyyatı nəticəsində öldürüldüyü iddialarını ortaya çıxarıb. Keçmiş “Qüds Gücü” Komandanının oğlu bu iddianı öz Twitter hesabında paylaşdığı bir mesaja yerləşdirib, lakin bir müddət sonra da mesajı silib.

Hicazinin ölümü ilə bağlı verilən ziddiyyətli açıqlamalar İnqilab Keşikçilərinin bəyanatı üzərində şübhələr yaradıb. Qüds Qüvvələri Komandirinin müşaviri İsmail Kövsəri Hicazinin uğradığı “bioloji sui-qəsd” nəticəsində həyatını itirməsi iddiasını “düşmənlərin şeytani şayiələri” adlandırıb. İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Kövsəri: “Düşmənlər özlərini İranın hər yerinə sızmış və hər cür əməliyyata qadir imiş kimi göstərirlər”, deyə qeyd edib.

Kövsəri Hicazinin I Körfəz Müharibəsi zamanı aldığı “kimyəvi yaranın simptomları”na görə, yorğun bir bədəndən əziyyət çəkdiyini söyləyib. İnqilab Keşikçilərinin ən yüksək rütbəli komandirlərindən olan Hicazi 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra Yaşıllar Hərəkatının təşkil etdiyi etiraz aksiyaları zamanı paytaxt Tehranın təhlükəsizliyindən məsul bir şəxs idi.

İranın Natanz nüvə obyektini silkələyən partlayışdan sonra iki həftə olmamışngələn Hicazinin ölümü xəbəri onun ölümü ilə bağlı şübhələri daha da artırıb. İran partlayışın arxasında əzəli düşməni olan İsrailin olduğunu irəli sürüb. “New York Times” qəzeti keçən ilin yayında İranda bir Əl-Qaidə rəhbərinin öldürülməsinə, nüvə proqramının hərbi və təhlükəsizlik aspektlərindən məsul olan Muhsin Fəxri Zadəyə qarşı edilən sui-qəsdə və təxminən iki həftə əvvəl Natanz nüvə təsisatında baş verən iki partlayışa işarə edərək bütün bu hadisələrin İranda bir “təhlükəsizlik boşluğu” olduğunu göstərdiyini ortaya çıxıb.

İnqilab Keşikçiləri bir gün əvvəl “Qüds Gücü”nün üçüncü adamı olan Məhəmməd Rza Felah Zadənin Hicazinin yerinə gətirildiyini elan edib. İnqilab Keşikçiləri Hicazinin dəfnindən bir neçə saat sonra “Qüds Gücü” komandanı Məhəmməd Əli Hakın koronavirus səbəbiylə öldüyünü açıqlayıb. İnqilab Keşikçiləri Kəşfiyyat Xidmətinə yaxın olan “Tasnim” xəbər agentliyi Əli Haqqın İranın şimalındakı Gilan vilayətindəki “Qüds Gücü” komandirlərindən biri olduğunu və İnqilab Keşikçiləri Quru Qoşunları Komandanının müşaviri olduğunu bildirib. “Tasnim”in verdiyi məlumata görə, Əli Haqq Hələb xaricində keçirilən “Nubul və Zəhra” əməliyyatını da vecinə deyildi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Hicazi İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar