Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında cəmiyyətdə daha çox hüquq müdafiəçisi kimi tanınan Oktay Gülalıyevin avtomobillə vurulması faktına münasibət bildirib

Oktay Gülalıyevə Allahdan şəfa diləyən BAXCP sədri deyib:

“Öncə Oktay Gülalıyevin həyatını xilas etmək üçün onu müalicəsini Türkiyədə davam etdirməyə göndərən Heydər Əliyev Fonduna hər bir vətəndaşımız kimi mən də təşəkkürümü bildirirəm. Oktay bəyin vurulmasını onun bəzi yaxın tərəfdarları adi avtomobil qəzası kimi qəbul etmir. Hətta sosial mediada onun avtomobillə vurulacağına dair hədələr alması barədə Cəmil Həsənlinin timsalında şahid ifadəsi ilə tanış oldum. Hadisə razılaşdırılmamış aksiyaların təşkil edildiyi dövrə təsadüf etdiyindən xarici və yerli mafioz qüvvələrin ictimai asayişi pozmaq üçün əhali arasında ciddi narazılıq və hiddət doğuracaq hadisələri təşkil edə bilməsi fərziyyəsi, eyni zamanda ictimai-siyasi xadim kimi Oktay Gülalıyevdən fəaliyyətinə görə hansısa dairələr tərəfindən qisas alınması fərziyyəsi, o cümlədən digər fərziyyələr istintaq tərəfindən hərtərəfli araşdırılmalıdır.

Məfz bu səbəbdən “ictimai sabitliyi pozmağa görə insanların həlak olmasına və sağlamlıqlarına zərər vurulmasına səbəb olan hərəkətlərin törədilməsinə görə məsuliyyət nəzərdə tutan” Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinin, həmçinin “ictimai xadimin fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyatına sui-qəsd edilməsinə görə məsuliyyət nəzərdə tutan” 277-ci (Terror aktı) maddəsinin istintaq aidiyyatı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə aid edildiyindən Baş Prokurorun qərarı ilə cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır. Ümid edirəm, DTX obyektiv araşdırması ilə hadisə ilə bağlı ədalətli qərar qəbul olunmasını təmin edəcək, ölkəmizin imicinin korlanmasına imkan verməyəcək və bütün naratlıqlara son qoyacaqdır”. (Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar