Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qubada koronavirus xəstəsi karantini pozdu

Quba rayonunun Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib...

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, M.Neymətullayev evə buraxılan zaman ona karantin rejiminin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az


Etiket: Quba

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Ziyəddin Əliyevin həyat yoldaşına yeni vəzifə verildi - Foto

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

loading...

Ən çox oxunanalar