Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qubada “Alma bayramı" atəşfəşanlıqla başa çatıb - Foto,Video-Yenilənib

"Alma bayramı" başa çatıb...

“Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunan bayram tədbiri yekunlaşıb.

Qeyd edək ki, bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri iştirak ediblər.

Xatırladaq ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir.

 

***11:56

Quba rayonunda "Alma bayramı" keçirilir.

“Report"un Şimal bürosunun verdiyi məlumata görə, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Bayrağı və avtomobillərin üzərində almalardan hazırlanmış bəzəkli köşklərin möhtəşəm keçid-paradı ilə başlayıb.

Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Təşkilat Komitəsindən “Report"un Şimal bürosuna verilən məlumata görə, parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək: "Bayramda proqram çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcəyi, respublikamızın populyar incəsənət ustalarının, eləcə də Quba rayonunun və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunacaq, konsert proqramı gün ərzində davam edəcək, şənlik axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq. Tədbir çərçivəsində bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşəcək".

Bayram şənliyində çoxsaylı qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən keçirilir.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar