Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada 66 kəndi birləşdirən yola asfalt döşənir – Video

Quba-Qonaqkənd avtomobil yolunda son tamamlama işləri aparılır

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, ölkə başçısının sərəncamına əsasən həyata keçirilən 68 min sakinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi iyun ayının sonunadək başa çatdırılacaq.

Uzunluğu 46 kilometr olan yolun artıq 41 kilometrinə asfalt döşənib.

Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 5 kilometr hissədə davam etdirilir.

Quba-Qonaqkənd yolunda ən böyük problem 43-cü km-likdə yaşanırdı. Buna səbəb yolun bu hissəsinin Babaçayın məcrasından keçməsi idi. Çayda bir qədər su çox olan kimi yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilir. Lakin tezliklə bu problem də öz həllini tapacaq. Çünki ərazidə müasir standartlara cavab verən 7 aşırımlı körpü inşa olunub.

Quba-Qonaqkənd istiqamətində yolboyu zəruri yerlərdə kommnikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları inşa olunur. Yol kənarında 2,5 – 3 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.

Turistlərin çox sevdiyi Təngəaltı, Afurcadan keçən bu yol gələcəkdə Qonaqkənd kimi nadir təbii sərvətlərə malik bir ərazidə turizmin inkişafına da təkan verəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar