Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Samir Nuriyevin yeni vəzifəyə təyinatını təqdir etdi

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru Qubad İbadoğlu Samir Nuriyevin Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təqdir edib. ..

 

Bu barədə Qubad İbadoğlu özünün feysbuk səhifəsində qeyd edib. 

Professor yazır: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ziyarətçi professor kimi 2015-16-cı akademik ilində çalışdığım Duke Universitetinin Sanford Dövlət Siyasəti Məktəbinin (https://sanford.duke.edu) məzunudur. Duke Universitetinin Sanford dövlət siyasəti məktəbi reytinqinə görə hazırda ABŞ-da 5-ci yerdədir. Dövlət siyasəti üzrə ABŞ reytinqində 1-ci yeri Miçiqan Universitetinin, 2-ci yeri Kalifornia--Berkeley Universitetinin, 3-cü yeri Çikaqo Universitetinin, 4-cü yeri Indiana (Bloomington) Universitinin dövlət siyasətinin təhlili məktəbləri tutur.


Duke Universitetinə gəlincə, bu məktəbin məzunu olan mənim tanıdığım azərbaycanlıların sayı o qədər də çox deyildir. Onların əksəriyyəti ABŞ-da qalıb, əmək fəaliyyəti ilə burda məşğul olurlar. Samir Nuriyevin Azərbaycana qayıtması və ölkədə fəaliyyətini davam etdirməsi və Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə təyinat alması hazırkı sistem daxilində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmasa da Rusiyadan idarə olunan Ramiz Mehdiyevdən sonra bu vəzifənin ABŞ-ın nüfuzlu məktəbinin məzununa tapşırılmasını siyasətdə dəyişikliklərə təsir etməsə də adminstrasiyanın işinə bəzi yeniliklər gətirəcək.

Hazırkı səlahiyyətləri ilə Prezident Adminstrasiyasının funksiyasına Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlanması, eləcə də qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi, yoxlanılması və dövlət başçısına müvafiq məruzələrin təqdim edilməsi daxildir. 
 
Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.

Adminstrasiyanın tərkibində aşağıdakı strukturlar vardır. Hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi vakansiyadadır. Fikrimcə, Samir Nuriyevin Adminstrasiya rəhbər təyinatı yalnız vakant yerlərin doldurulması ilə deyil, həm də mövcud vəzifələrə yeni təyinatların olması ilə də ictimai diqqətə gələcək. Lakin, əvvəlki tərkibdə əhəmiyyətli dəyişikləri gözləmirəm".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar