Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Oydan da, vaydan da pul qazanmağa başlayıblar”

"Ölkədə korrupsionerlər üçün daha əlverişli mühit yaranıb"...

“Koronavirus pandemiyası dövründə korrupsiya araşdırmaları hələ çoxlu yeyinti faktları aşkara çıxaracaq. Meydan TV-nin araşdırması nəticəsində məlum olan faktlar (tibb işçiləri üçün maarifləndirmə tədbirlərini TƏBİB-in rəhbərinin təsisçisi olduğu “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi tərəfindən həyata keçirilməsi, COVID-19 infeksiyasının RT-PCR testinin TƏBİB rəhbərinə məxsus "İNCİ laboratoriyaları" Məhdud Məsuliyyətli Cəmiyyətin və filialları tərəfindən keçirilməsi) açıq maraqlar münaqişəsidir. Bütün bunlar indiyədək "Maraqlar münaqişəsi haqqında" qanunun qəbul edilməməsinin nəticəsidir. Bu Qanunun layihəsi mütəxəssislər tərəfindən çoxdan hazırlansa da Milli Məclis onu siyasi göstəriş almadığından müzakirəyə çıxarmır”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“TƏBİB-ə istinadən bildirilir ki, dünənə qədər ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb. Ötən gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb. Hazırda testlər yalnız xəstələr üçün deyil, həmçinin xaricə AZAL reysləri səfər edənlər üçün də məcburidir. Odur ki, testlərin gündəlik saylarının getdikcə artacağı gözlənilir. Hazırda COVID-19 infeksiyasının müəyyənləşdirilməsi üçün yaxma nümunələrinin yoxlama qiyməti laboratoriyada 130 manatdır. Araşdırmalara görə, 1 testin maya dəyəri 40 manat təşkil edir. Məlumat üçün qeyd edim ki, korrupsiya potensialının yüksək olduğu tibbi avadanlıqların və ləvazimatların alınmasıdır. Bunun üçün prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılsa da, ondan əlavə 150 milyon manatın ayrılması nəzərdə tutulsa da bu vəsaitin necə bölüşdürülməsi, hara, necə və kim tərəfindən xərclənməsi ilə bağlı TƏBİB-ə və İqtisadiyyat Nazirliyinə rəsimi olaraq təqdim etdiyimiz informasiya sorğuları hələ də cavabsız qalır. Görsənən odur ki, ölkədə korrupsionerlər üçün daha əlverişli mühit yaranıb. Əhalinin başı virusa qarışdığı son 3 ayda hakimiyyətə olan səlahiyyət sahibləri səhiyyə büdcəsinin vəsaitlərini oğurlamaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib biznes qurmaq əməllərini daha da genişləndiriblər. Bir sözlə, oydan da, vaydan da pul qazanmağa başlayıblar. Yeri gəlmişkən, iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışı olub. Çox güman ki, bundan sonra məzar daşları üçün xammal da tək əldən satılacaq, Ukraynadan qranit və mərmər gətirməyə də ehtiyac qalmayacaq” – Q.İbadoğlu qeyd edib.(Pravda.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar