Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Gələn il hər 100 manatın cəmi 70 qəpiyi elmə xərclənəcək”

“2020-ci ilin büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyi güc strukturlarına, 18 manat 20 qəpiyi tikintiyə, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi isə elmə xərclənəcək”...

Bu sözləri iqtisadçı –ekspert Qubad İbadoğlu dövlət büdcəsini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, 2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq: “Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq.

Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.

Q.İbadoğlu qeyd edib ki, 2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpik müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasınə xərclənəcək: “18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək. Sizcə, bu nə qədər ədalətli bölgüdür?”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar