Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qubad İbadoğlu - Aeroport yox, sürət qatarı...

“Qarabağda bir aeroportun tikilməsi kifayətdir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu belə düşünür. Novator.az-ın məlumatına görə, o yazır ki, Azərbaycanda 9 mülki aeroport (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Yevlax, Zaqatala, AğstafaBalakəndə), 4 hərbi aeroport var: “İndi Füzuli, ZəngilanLaçında da aeroportlar tikmək planlaşdırılır. Məncə, Qarabağda həm mülki, həm də hərbi təyinatlı cəmi bir aeroportun tikilməsi kifayətdir. Bir aeroportun tikintisi 100 milyon manatadək xərc aparacaq, sonra da onların saxlanması üçün hər gün, hər ay, hər il büdcədən 10 milyonlarla manat vəsait məsrəf olunacaq. Bununla da iş bitmir, gərək yüz milyonlarla dollar xərcləyib hər aeroporta təyyarələr alaq, maşın, avadanlıq parkı yaradaq.

Belə yanaşma iqtisadi cəhətdən səmərəli deyil, yalnız indiki nəsli deyil, gələcək nəsilləri də düşünmək lazımdır. Aeroportların tikintisi və saxlanmasına böyük vəsait yönəltməkdənsə dəmir yolları modernləşdirilsin, yeni yollar müasir standartlarda tikilsin, həm Qarabağa, həm də Naxçıvana getmək üçün rahat, təhlükəsiz sürət qatarları infrastrukturu yaradılsın.

Bu həm xalqa, həm də turistlərə xidmət üçün daha məqbul variantdır. Bakıdan Naxçıvana 581 kilometr məsafə var. Sürət qatarı ilə paytaxtdan Naxçıvana 3 saata, Ağdama isə saat yarıma gedə bilsək, bundan hər kəs – camaat da, turistlər də razı qalar. Xeyli xərcə qənaət edə, gələcəkdə də rentabelli nəqliyyat infrastrukturu yarada bilərik”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Qarabağ bölgəsinin böyük qismini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, KəlbəcərLaçın rayonlarını Azərbaycana qaytarıb.

Razılaşma həmçinin köçkünlərin Qarabağa qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını, o cümlədən Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına sərbəst gediş-gəliş imkanı yaradılmasını da nəzərdə tutur. (novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Ən çox oxunanalar