Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quba-Xınalıq yolu bağlı olaraq qalır

Quba-Xınalıq yolunun güclü leysan və sel səbəbindən açılması hələ ki, mümkün olmayıb... 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Xınalıq kəndi və ətraf ərazilərinə dünən saat 17:00-dan yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun "Report"a verdiyi məlumata görə, yolun açılması üçün gətirilən texnikalar gün ərzində bir neçə dəfə yolu açmağa müvəffəq olsalar da güclü leysan yağışların yaratdığı sel yenidən yolu bağlayır: "Yolda texnika və işçi heyəti işləyir.

Yolun tam açılması yəqin ki, yağışdan sonra mümkün olacaq. Həmçinin Xınalıq kəndinə gələn içməli su borusunun Qudiyal çaydan keçən hissəsini sel suları zədələdiyindən kəndə içməli su gəlmir".

Qeyd edək ki, leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsərrüfatına ciddi ziyan vurub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar