Quba rayon sakini dəm qazından zəhərlənmə nəticəsində ölüb...
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəbaba Əbülfəz oğlu Cəbrayılov yaşadığı evdə dəm qazından zəhərlənib. Həkim gələnədək o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
pia.az