Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qrip əleyhinə bu dərmanlar zərərlidir - Diqqət

Həkimdən xəbərdarlıq...

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur.

Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır.

Qış - xəstəliklər fəslidir. Havaların soyuması ilə kəskin respirator virus infeksiyaları və kəskin respirator qrip infeksiyası - yəni yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri yayılmağa başlayır. Bu xəstəliyə yoluxan şəxslər həkimə müraciət etmədən aptekdən müxtəlif toz dərman vasitələri alaraq onları qarışdırıb içirlər.

Xəstələr bu zaman düşünürlər ki, içdikləri bu qarışıq onları sağaldacaq.

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu dərmanların doza həddi aşılsa da, bir neçəsi bir-birinə qarışdırılsa da, heç bir güclü təsirə malik deyil. Bu qrup preparatlar virus və bakteriya əleyhinə heç bir təsir etmir.

Həkim vurğulayır ki, virus və bakteriya orqanizmə düşübsə, immunitetdən asılı olaraq, hansısa bir formada özünü göstərəcək: "Bu preparatların tərkibində parasetamol olduğu üçün qəbul edərkən hərarətin qarşısını alır, ağrıları götürür, iltihab əleyhinə təsir göstərir. Belə preparatlar orqanizmin iltihab əleyhinə çıxan mediatorlarını tormozlayır. Nəticədə orqanizm özü həmin bakteriya, virusla mübarizə apara bilmir, üstəlik onlarla mübarizə üçün tələb olunan maye də bədəndən çıxır".

M.Cəfərova qeyd edib ki, dərmanın təsiri keçəndən sonra isə xəstəlik özünü daha ciddi şəkildə göstərə bilər. Bu qrup dərmanlar böyüklərdə hərarət 38.5 dərəcə C-ni keçərsə, hərarət salıcı kimi istifadə edilə bilər. Ona qədər isə bol maye içərək, bədəndə maye miqdarını artırmaq lazımdır.

Bu dərmanların birlikdə, qarışdırılaraq istifadə edilməsinə gəldikdə isə, həkim bildirib ki, bu, qaraciyər hüceyrəsinin nekrozuna səbəb ola bilər.

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur. Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır. Bu dərmanların birdən-birə yüksək dozada qəbulu qaraciyərə toksiki təsiri artırır. Bu, eyni zamanda böyrəklərə də mənfi təsir göstərir. Bəzən xəstələr aspirin, analgin alır və bunları da qarışdırıb içirlər.

"Bu, uşaqlarda özünü daha acınacaqlı şəkildə göstərir. Uşaqlara eyni qrupdan olan bir neçə dərman verirlər. Bu isə qaraciyərə zərər verməklə toksiki hepatitə səbəb ola bilər. 3-6 aya qədər olan körpələr, böyrək və qaraciyər çatışmazlığı olanlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar üçün belə preparatlar çox təhlükəlidir. Nimesulid tərkibli preparatlar çox geniş yayılıb. Bu dərmanlardan 12 yaşına qədər uşaqlar və hamilə qadınlar istifadə edə bilməzlər. Bu, əks göstərişdir. Amma baxırıq ki, bunu vitamin kimi suya qatıb içirlər", - M.Cəfərova xatırladıb.

Terapevt bildirir ki, bu dərmanları qarışdırıb içmək xəstələrə apteklərdə məsləhət görülür: "Bəzən xəstələr müraciət edirlər. Deyirlər ki, biz bu dərmanları qatıb içirik, heç bir faydası olmur. Soruşanda ki, bunu sizə kim məsləhət görüb, aptek satıcılarının məsləhət etdiyini bildirirlər. Vətəndaşlar bilməlidirlər ki, aptekdə xəstələrə hansısa dərmanların məsləhəti qadağandır".

pia.az


Etiket: qrip virus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar