Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qrillodan Zelenskiyə qədər komediyaçılar dövrü - Sağ və solun ciddi itkilər yaşadığı Avropa

Kontinental Avropada yeni bir növ dalğa yüksəlir. Əslində, bu, təkcə Avropada deyil, bütün dünyada belədir... Siysətdəki boşluqlar populist komediyaçılar tərəfindən doldurulur...

İbrahim Varlı,
“Bir Gün” qəzeti, Türkiyə, 23 aprel 2019-cu il

Avropa siyasi arenası yeni bir populist dalğanın təsiri altındadır. Qoca qitədəki hərəkatlara bu dəfə də komediyaçılar qoşulub. Komediyaçı Beppe Qrillo liderliyindəki “5 Ulduz” Hərəkatının İtaliyada iqtidara gəlməsindən 1 il sonra bu dəfə də Ukraynada bir başqabir komediyaçı siyasət səhnəsinə çıxdı. Dövlət başçısı olan dürüst bir kənd müəllimi rolunda oynadığı “Xalqın Xidmətçisi” adlı bir serialla gündəmə gələn komediyaçı Vladimir Zelenski serialı həqiqətə çevirdi, ölkənin yeni dövlət başçısı oldu.

Serialda dürüst, rüşvət almayan, xalqçı bir dövlət başçısını canlandıran Zelenskinin sadə, xalqdan biri olduğunu vurğulaması, şablon vədlərdən bezmiş, siyasətdə "yeni bir sima" axtaran seçicilər üzərində müsbət təsirlər yaratdı. Get-gedə böyüyən bahalaşma, korrupsiya iddiaları, Poroşenkonun və çevrəsinin iqtidarın səlahiyyətindən istifadə edərək daha zənginləşməsi kimi problemlər Zelenskini önə çəkdi. Seçkilərdən bir gün əvvəl Poroşenko ilə Kiyev Olimpiya Stadionunda üz-üzə gəldiyi dueldə Zelenskinin “mən siyasətçi deyiləm, Petro Alekseyeviç, sizin səhvlərinizin və əməl etmədiyiniz vədlərinizin nəticəsiyəm”, deməsi hər şeyi izah edir.

Mərkəz çökərkən ortaya çıxan trendlər

Mərkəz partiyaların korlanmış siyasətlərinə reaksiya vermək üçün ilk olaraq “Piratlar Hərəkatı”nı yaradılmışdı. Qısa bir müddət əvvələ qədər siyasətə damğasını vuran pirat partiyalar əvvəlki təsirini itirirkən, yeni boşluq populist komediyaçılar tərəfindən dolduruldu.

Qısa bir zamanda siyasi arenanı təsirinə alan bu hərəkatların yüksəlməsinin arxasında faktorlar təxminən eynidir: İşsizlik, qanunsuzluq, bahalaşma və çürümüş mərkəz siyasətlərinin artıq ümid doğurmaması. Xüsusilə, gənclər, qadınlar tərəfindən böyük rəğbətlə qarşılanan yeni populist fiqurlar bu nifrət dalğasının üzərində bir anda yüksələ bilirlər. Neo-liberal iqtisadi siyasətlərin yol açdığı böhranlar, qanunsuzluq edən siyasətçilər, lokal siyasi və iqtisadi qurumlar, iqtisadi krizisin vətəndaşların üzərinə yüklənməsi kimi faktorlar cəmiyyətin hər təbəqəsindən böyük bir qəzəblə qarşılanır. Fərqli ölkələrdən gələn reaksiyalar, əslində, eyni tapmacanın açar sözləri kimidir.

Ənənəvi aktyorlara, mövcud sistemə, bu aktyorların təmsil etdiyi iqtisadi, siyasi, sosial quruluşlara yönəlmiş reaksiyada ortaq məqamlar var.

Serial reallaşarkən solçular

Kontinental Avropada yeni bir növ dalğa yüksəlir. Əslində, bu, təkcə Avropada deyil, bütün dünyada belədir. Ənənəvi siyasətə alternativ bir siyasət axtarmaq özünü ən ağır şəkildə göstərir. Və bu işarələr bəzən sandıqda, bəzən isə küçədə ortaya çıxır.

Komediyaçılar, piratlar gəlib gedərkən əsl verilməli olan sual odur ki, solçular niyə bu nifrətə bir cavab verə bilmirlər? Sağın və solun ciddi itkilər yaşadığı Avropada olan mövcud nifrətə qarşı solçuların çarə tapa bilməməsi bir çox şeylə bərabər sorğulanmalıdır. Almaniyada, Fransada və bir çox ölkələrdə bu sorğulama/mübahisə çoxdan başlayıb.

Avropanın solçu partiyaları arasında uzun müddətdir niyə bir alternativ tapılmadığı haqqında müzakirələr aparılır. Alman “Die Linke” içərisindəki müzakirələr yeni bir bölünməyə doğru gedir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar