Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulub qaçan qudalar: "Bizi axtarmağa ehtiyac yoxdur"

Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar...

 

Hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb.Dekabrın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişnalı gənclərə oldu. Onlar gərək belə bir addım atamayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər".

"Report"un Yuxarı Şirvan bürosunun müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb.

R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"

pia.az


Etiket: qudalar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar