Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib - Yenilənib

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü işini ümumi debatlarla davam etdirib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçən debatlarda Pakistan Prezidenti Arif Alvi, İran Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər Qelleh, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş naziri xanım Şeyx Hasinam, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və Liviyanın Baş Naziri Faiz Sarac çıxış etdilər.

Çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulandı, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı.

Natiqlər XVIII Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar