Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoşqar Təhməzli durğunluqda olan biznesini koronavirusun hesabına kompensasiya edir – Fakt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzlinin Slovakiyadakı biznesi pandemiya səbəbindən durğunluq dövrünü yaşadığı üçün itkilərini kompensasiya etməyin yollarını tapıb.

TİA.Az-a ayrı-ayrı sahibkarlardan gələn məlumatlara görə, AQTA rəhbərliyi xüsusi karantin şərtlərini özü “kəşf” edərək restoranlarda tətbiq etməyə başlayıb.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiqlənməyən, ictimaiyyətə, iş adamlarına elan olunmayan “qaydalar” AQTA-nın timsalında həyata keçirilir.

Bu da pandemiya səbəbindən onsuz da işləri zəifləyən, sərt karantin dövründə kifayət qədər iqtisadi zərbələr alan sahibkarların narazılığına gətirib çıxarır.
Obyekt sahiblərinin sözlərinə görə, AQTA əməkdaşları karantin “ov”una çıxaraq ayrı-ayrı restoranların mətbəxlərində koronavirusa qarşı “mübarizə” aparırlar.
Q.Təhməzlinin nümayəndələri restoranların mətbəxlərinə qəfil hücum edərək, “əməliyyat” nəticəsində ya tibbi maskası nisbətən aşağı olan aşpazları, ya başında papaq olmayan işçiləri cərimələyir, gah da özündən ara məsafənin gözlənilməsi ilə bağlı əndrəbadi qərarlar çıxarır.

Məsələn, AQTA əməkdaşları yoxlama apardıqları restoranlarda tələb qoyurlar ki, 4 kvadratmetrlik yerdə 3 əfərdən artıq şəxs ola bilməz, yaxud 2000 kv-metrlik məkanda 50 nəfərdən çox insan qəbul edilə bilməz.

Sahibkarlar ölkə rəhbərliyinə şikayət edirlər ki, AQTA rəhbərliyi bu rəqəmləri özündən çıxarıb, heç bir təlimat kitabçasında, yaxud Operativ Qərargahın məlumatında belə tələblər yoxdur.

Üstəlik, qurum əməkdaşları ilk növbədə obyekt sahiblərini qabaqcadan məlumatlandırmalı, ən azı qaydalarla tanış etməlidirlər.

Əgər məlumatlandırdıqdan sonra hansısa sahibkar tələblərə zidd fəaliyyət göstərirsə, o zaman cərimələnə bilər. Q.Təhməzlinin komandası isə pandemiyadan yararlanaraq ciblərini doldurmaq üçün restoranları, kafeləri, ayrı-ayrı iaşə obyektlərini hədəfə alıblar.

Kafe sahibləri deyirlər ki, gözlənilmədən AQTA işçiləri mətbəxə daxil olur, keçmiş MTN bandası kimi yoxlama aparır, hansısa aşpazı əlcəksiz və ya maskasını çənəsinə bir qədər düşmüş aşkarladısa, obyekti böyük məbləğdə cərimələyir.

Bu cərimə pulları isə büdcəyə, yoxsa Q.Təhməzlinin cibinə gedir, bunu bilmirlər. Amma görünən budur ki, AQTA rəhbəri xaricdəki biznesinin axsamasının acığını Azərbaycandakı iş adamlarından çıxır.

Nəticədə ölkədə pandemiya üzündən yaranmış iqtisadi və sosial gərginliyi daha da artırır, iş adamlarını incidir, dövlətdən narazı salır.
Xatırladaq ki, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzli bu ölkədə hamam xalatları (!), aksessuarları satır.

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk). Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir.

Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Qeydiyyat ünvanı: Špitálska 53 Bratislava – mestská časť Staré Mesto 811 01.

Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.
25 dekabr 2017-ci ildə cənab Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir.

2018-ci il iyulun 3-də Saffran S.R.O. Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar