Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz Hüseynov və qardaşından İlham Əliyevə şikayət: "20 milyon vəsaiti talayıblar"

Məcburi köçkün: "Birinci Vitse-prezidentə və Baş Prokurora da müraciət etmişəm"

Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı yenidən ölkə başçısına şikayət məktubu göndərib.

PİA.az bildirir ki, bu barədə Arqument.az-a Elnur İsmayılov özü məlumat verib.

Məktubunun bir nüsxəsini Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya, digər nüsxəsini isə Azərbaycan Respublikasının BaşProkuroru Zakir Qaralova ünvanladığını deyən İsmayılov 2014-cü ildən iki məmur qardaşın - Qorxmaz Hüseynov və Faiq Hüseynovun əməllərindən şikayət etdiyini yazır:

"Cənab Prezident, mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da, müsbət nəticə əldə edə bilməmişəm. Prokurorluq orqanları və məhkəmələr təkzibolunmaz faktların araşdırılmasının qarşısında aciz qalıblar. Onlar Faiq Hüseynovun və qardaşı "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sifarişlərini yerinə yetirirlər. Mən isə sifariş yerinə yetirən, nankor və Azərbaycan Respublikasının qanunlarını satan məmurların yarıtmaz fəaliyyəti ucbatından hüquqlarımı Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda axtarmaq məcburiyyətində qalmışam. Çünki bu günəcən aidiyyatlı orqanlara 300-ə yaxın müraciət və şikayət ünvanlasam da, heç bir münasibət bildirilməyib".

"Korrupsiya faktlarını aşkarladım və etiraz etdim"

E. İsmayılov deyir ki, onu çalışdığı qurumdakı korrupsiya faktlarına etiraz etdiyi üçün işdən uzaqlaşdırıblar: "Mən ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı - Geofizika və Geologiya İdarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq "ştat ixtisarı” adı altında işdən azad olunmuşam. İşdən çıxarılmağıma səbəb o olub ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirmişəm. O da mənim "ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək "ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarıb. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum var və biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən də təkcə mənəm".

"25-dən çox obyekt inşa etdirib, qohumlarının adına sənədləşdirib"

"Məni "ixtisara” salan Faiq Hüseynovun özü, "Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumu, qapısını tanımadıqları "Təfəkkür” Universitetindən "optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb dövlətin əmlakını talamaqda davam edirlər. Belə ki, Faiq Hüseynov qohumları-dostları vasitəsilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyekt (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib, dost-qohumlarının adına sənədləşdirib və icarəyə verib. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi "Azərsu” ASC-nə icarəyə verib. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirib. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa, sübuta yetirərəm", - Elnur İsmayılov yazır.

"FHN-də sənədləşdirdiyi qayığa oğlu Fərhadın adını verib"

O bildirir ki, tutduğu vəzifədən qanunsuz olaraq çıxarılması ilə bağlı müvafiq orqanlara məlumat versə də, işə qaytarılması, həmçinin Faiq Hüseynov barədə heç bir tədbir görülməyib: "Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməyimə baxmayaraq, F.C.Hüseynov özünün təşkil etdirdiyi "ASTRA" MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları alıb ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm:

Cədvəldən göründüyü kimi seçmə üsulu ilə cəmi 17 qaimə ilə süni qiymət artırması vasitəsi ilə 6.608.430 (altı milyon altı yüz səkkiz min dörd yüz otuz) manat dövlət vəsaiti mənimsənilib. Qeyd edirəm ki, bu siyahı seçmə üsulu ilə və mümkün informasiyaya görə tərtib edilib və bu məbləğin on dəfələrlə çox olması şübhəsizdir. Bununla yanaşı, F.C.Hüseynov idarənin balansında olan irihəcmli gəmilərin komplektinə daxil olan geofiziki tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuş, eni 2,4 metr, uzunluğu 6,8 metr təqribi ölçülərdə Volvopenta tipli stasionar mühərriklə təchiz olunmuş qayığı FHN-də öz adına sənədləşdirib, oğlu Fərhadın adını isə qayığa verib. Sonradan isə həmin idarədən oğurlanmış qayığı Musayev Niaməddinin adı ilə fiziki şəxs kimi aylıq 15.000 (on beş min) manat qarşılığında GGİ-yə icarəyə vermişdi. Halbuki həmin dövrdə Musayev Niyaməddinin nə mülkiyyətində, nə də icarəsində heç bir qayıq olub".

"Çirkli işləri gizlətdiyinə görə "Azərsu”da yüksək vəzifəyə təyin edilib"

Onun sözlərinə görə, Geofizika və Geologiya İdarəsinin tabeçiliyində 3 idarə və bir elmi tədqiqat institutu olub: "Göstərdiklərim tək kəşfiyyat Geofizika İdarəsində baş verən qanunsuzluqlar və korrupsiya faktlarıdır. Qalan müəssisələrdə şəffaf yoxlamalar aparılarsa, Faiq Hüseynov tərəfindən talan olunmuş yüz milyonlarla dövlət vəsaitini büdcəyə qaytarmaq mümkündür. Bütün bu faktları Faiq Hüseynov Vaqif Abdullayevi qardaşı "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vasitəsilə rəis təyin etdirdikdən sonra həyata keçirib. Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra bütün çirkli işləri gizlətdiyinə görə "Azərsu” ASC-də Qorxmaz Hüseynov tərəfindən yüksək vəzifəyə təyin edilib".

"Faiq Hüseynov GGİ-də keçirilən tenderlərə indi də dolayı yollarla sahiblik edir. Bu günədək nə mənim qanunsuz işdən çıxarılmağıma, nə də dövlətin büdcəsindən oğurlanan milyonların qaytarılması üçün heç bir addım atılmayıb. Odur ki, əvvəlki müraciətlərimin və hazırki müraciətimin iştirakımla araşdırılması və Faiq Hüseynova qarşı tədbir görülməsi üçün aidiyyatlı orqanlara tapşırıq verməyinizi xahiş edirəm", - şikayətçi qeyd edir.

Yazıdakı iddialarla bağlı "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun mövqeyini öyrənmək mümkün olmayıb. Qardaşı Faiq Hüseynov isə dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, telefona cavab verməyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar