Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmağa səbəb yoxdur - Məşhur alimdən yeni ştamm açıqlaması

Yeni “Omikron” variantından qorxmağa ehtiyac yoxdur. Virusun çox fərqli mutasiyalarının olduğunu bilirik. Yeni mutasiyalarda vaksinin effektivliyi azalsa da, ciddi xəstəliklərdən qoruduğunu bilirik. Peyvənd xəstəliyin ağır gedişindən qorunma təmin edir. O, həm də xəstəliyin ağır gedişatına qarşı qorunma təmin etdiyi üçün inam verir. Biz ona da əminik ki, üçüncü peyvənd dozasından sonra qorunma kifayət qədər yaxşılaşır.

Bu sözləri tanınmış professor Uğur Şahin Almaniyanın Mainz şəhərində keçirilən 25-ci Aydın Doğan Vəqfi Mükafat Mərasimi öncəsi deyib.

O, həyat yoldaşı Özlem Türeci ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb. Peyvəndin iki səviyyədə qoruma təmin etdiyini deyən Şahin birincinin antikor, ikincinin isə T-hüceyrələri adlanan immun hüceyrələr olduğunu ifadə edib:

“Peyvənd olunmayanlar arasında yoluxuculuq sürəti artıb. Həmin şəxslərdə yoluxmaların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur. Gücləndirmə dozası tələb olunur. Xüsusilə müəyyən yaş qrupu üçün. Ümumiyyətlə, 3-cü doza bütün əhali üçün lazımdır. 20 dəfə daha çox qorunma təmin edir. Üçüncü doza ilə 97% qorunma təmin edilir. “Omikron”dan asılı olmayaraq üçüncü dozanı mümkün qədər tez vurdurmağı məsləhət görürük”.

Uğur Şahin aparılan araşdırmalara görə peyvəndin əks təsirinin olmadığına diqqət çəkib:

“Xərçəng xəstələrinə mRNT əsaslı peyvəndlər vurulur. Biz görürük ki, əks təsir yoxdur. Biz bunu onlarla xərçəng xəstəsinə tətbiq etmişik. Apardığımız araşdırmalar zamanı əks təsir qeydə alınmayıb. İnsanların sualları və şübhələri ola bilər. Ona görə də saxta xəbərlərə qarşı daha çox maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmək üçün yeni yollar, fərqli anlayış istifadə etmək lazımdır”.(medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar