Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?

Tibb elmləri doktoru, epidemioloq, viral infeksiyalara nəzarət və qarşısının alınması üzrə mütəxəssis Mixail Favorov payızda koronavirus infeksiyasının ikinci dalğasının meydana gəlmə ehtimalının yüksək olduğunu bildirib.

Bu barədə o, RT efirində məlumat verib. Mütəxəssis virusun daha da aqressivləşə biləcəyini qeyd edib. Həkim əlavə olaraq mövsümi yüksəlişin oktyabr ayında başlayacağını və bu dövrdə COVID-19-a yoluxanların yayda xəstələnənlərə nisbətən infeksiyanı daha çətin keçirəcəyini açıqlayıb.

"Bütün tənəffüs xəstəliklərində mövsümilik var. Payız və qışda qripə yoluxma halları artır. Yay aylarında virus günəşin ultrabənövşəyi radiasiyasına məruz qalması səbəbindən azalır", - Favorov bildirib.

Onun sözlərinə görə, insanlar özünü qorumaq üçün təxminən iki il ərzində qoruyucu maskalar taxmalıdır:

"Qarşıdakı iki-üç il ərzində istəsək də, istəməsək də maska taxmalı olacağıq. Maskaya nifrət edirəm, amma taxıram. Bunun nəinki sizi, başqalarını da qoruduğunu başa düşün. Virus ötürdüyünüz dozadan asılıdır. Maska ​​taxdığınız zaman doza azalır".

Favorovun fikrincə, effektiv peyvənd yaradılsa belə, koronavirus epidemiyası daha iki il davam edəcək. Əgər tapılmazsa, üç-dörd il çəkə bilər. O qeyd edib ki, ölənlərin sayını azaltmaq üçün ilk növbədə risk altında olan insanları peyvənd etmək lazımdır. (publika.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar